Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (9-09-2014, 22:02)
Nazirlik pulsuz maşın almaq istəyən əlilin şikayətinə cavab verdi

 

Qazax rayonu Böyük Cəfərli kənd sakini müharibə əlili Ənvər Nəbiyev 10 il ərzində 2-ci qrup əlil statusu daşıyıb. 10 ilin tamamında Tibbi-Sosial Ekspert Komissiyasıdan (TSEK ) onu 3-cü qrup əlillik dərəcəsi verib.

Mediatv.az-a şikayətini çatdıran Ə. Nəbiyev bu ilin mart ayında  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq komissiyasına müraciət edərək pulsuz avtomobil əldə etmək istəyib. Lakin səbəb göstərilmədən imtina cavabı verilib.   1992-ci ildən cəbhə bölgəsində döyüşərək elə yaşadığı sərhəd kəndində 1995-ci ildə yaralanan Ə. Nəbiyevə prezident təqaüdçüsü maşına böyük ehtiyacı olduğunu bildirir: “Sərhəd bölgəsində yaşayıram, 3 övladım var, 1992-ci ildən könüllü olaraq döyüşə getmişəm. Birinci olaraq sərhədyanı bölgələr nəzərə alınmalıdır. Niyə mənə avtomobil düşməsin?”.

Mediatv.az-ın sözügedən şikayətlə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə sorğusuna cavab isə belədir:

“Qazax rayon sakini Nəbiyev Ənvər Ənvər oğlu 01.05.2014-cü il tarixdə Respublika Tibbi-Sosial Ekspert Mərkəzində pulsuz minik avtomobilinə tibbi göstərişin təyini üçün əyani müayinə olunub.

Aparılan müayinələrin nəticəsində xəstədə, Nazirlər Kabinetinin 29 avqust 1997-ci il tarixli 99 nömrəli qərarı ilə təsdiq olunmuş “Əlilliyin təyin olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq minik avtomobilinə tibbi göstərişin təyini üçün əsas verəcək patofunksional ağırlaşmalar (diz oynağının ankilozu və ya funksional əlverişsiz vəziyyətdə kontrakturası, aşağı ətrafda nəzərə çarpan qan dövranı çatşmamazlığı və ya trofika pozğunluğu) aşkar edilmədiyinə görə “Pulsuz minik avtomobilinin təyininə tibbi göstəriş yoxdur” qərarı verilib”.

Nazirlik Nəbiyev Ənvər Ənvər oğlunun diaqnozunu da açıqlayıb: Sağ baldırın aşağı 1/3-ni dəlib keçən güllə yaralanmasına görə aparılmış osteosintez əməliyyatından sonrakı hal.

Məlumat üçün bildirək ki, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi, 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar və hərbi xidmət vəzifəsini yerinə yetirərkən əlil olmuş şəxslər, Böyük Vətən müharibəsi və Çernobıl əlilləri minik avtomobilinə tibbi göstəriş olduğu hallarda dövlət hesabına minik avtomobilləri ilə təmin olunurlar. Belə şəxslərə dövlət hesabına minik avtomobili ilə təmin olunmaq üçün tibbi göstərişin verilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 29 avqust tarixli 99 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 3.2.3. bəndinə əsasən, həyata keçirilir.

<p" style="font-family: tahoma; font-size: 12px; line-height: normal; word-spacing: 0px;"><p">

Məlumatda həmçinin bildirilib ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) rəsmi internet saytının (www.mlspp.gov.az) “Fəaliyyət və xidmətlər” bölümünün “Avtomobillərə təminat” alt-bölümündə pulsuz avtomaşın almaq üçün növbədə dayanmış Dağlıq Qarabağ müharibəsi əlillərinin və 20 Yanvar əlillərinin, Böyük Vətən Müharibəsi əlillərinin və onlara bərabər tutulan (döyüş əməliyyatlarında iştirak etmədən hərbi xidmət vəzifələrini yerinə yetirərkən xəstələnmə, travma və xəsarət nəticəsində əlil olan) şəxslərin siyahıları, 1998-2014-cü illər ərzində Nazirlikdən pulsuz avtomobil almış imtiyazlı şəxslərin siyahısı, dövlət büdcəsi hesabına minik avtomobili ilə təmin olunmaq üçün tələb olunan sənədlər, habelə dövlət büdcəsi hesabına minik avtomobili ilə təmin olunmaq üçün Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən minik avtomobilinə tibbi göstərişin verildiyi hallar ictimaiyyətə açıqlanıb.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024