Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (16-10-2014, 22:24)
Əmək münasibətlərini rəsmiləşdirməyənlər cəzalandırılır - FOTO

Əmək hüquqlarının təminatına dövlət nəzarəti sistemi müasir texnologiyalar əsasında təkmilləşdirilib

Əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sisteminin (EİS) yaradılması və tətbiqinə başlanılması bu ilin 9 ayının ən uğurlu islahat tədbirlərindən biridir. Bu il iyulun 1-dən istifadəyə verilən həmin sistem artıq tam fəaliyyətdədir.

"Həftə içi"nin məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin (DƏMX) rəisi Fuad Əlizadə əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarəti sisteminin təkmilləşdirilməsi istiqamətində aparılan islahatların gedişinə dair dünən keçirilən mətbuat konfransında bildirib. Onun sözlərinə görə, sistem tətbiq olunduqdan sonra işəgötürənlərin məlumatlandırılması, sistemdən istifadə ilə bağlı onların praktik bilgilərə sahib olmaları üçün DƏMX tərəfindən ardıcıl və çoxşaxəli işlər görülüb. Belə ki, müvafiq Qaydalar, metodiki materiallar nazirliyin rəsmi saytında (www.mlspp.gov.az, www.eesmn.gov.az) yerləşdirilib: "Mətbuatda çoxsaylı təbliğat-maarifləndirmə materiallarının yayımı, bölgələrdə "Açıq qapı" günü-vətəndaş forumlarının keçirilməsi, "Yardımçı masaları"nın yaradılması təşkil olunub. Bu işlərin müsbət nəticəsi kimi, işçilərlə bağlanmış əmək müqavilələrinin müvafiq bildiriş formalarında EİS-də qeydiyyatdan keçirilməsi prosesində işəgötürənlər fəal iştirak edib. Təkcə sentyabr ayı ərzində EİS-dən 1 milyon 116 min 873 nəfər, yəni bu ilin iyulun 1-dən isə 1 milyon 753 minə yaxın vətəndaş istifadə edib".

Fuzad Əlizadə bildirir ki, sistem istifadəyə verildikdən sonrakı müddət ərzində 1 milyon 400 mindən çox əmək müqaviləsi EİS-də qeydiyyatdan keçirilib. Bunun uğurlu göstərici olduğunu deyən xidmət rəisinin sözlərinə görə, hazırda davam edən bu prosesə ciddi nəzarət olunur: "Bağlanan hər bir yeni əmək müqaviləsi, yaxud bu müqaviləyə dəyişiklik edilməsi və ya xitam verilməsi bildiriş formasında EİS-də əksini tapmalıdır. Qanunvericiliyin bu tələbinə əməl olunmaması təbii ki, hüquq pozuntusu faktı kimi qiymətləndiriləcək və İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən cərimələr tətbiq ediləcək".

Xidmət rəisi Azərbaycanda əmək münasibətlərinin elektron qeydiyyatı mexanizminin yaradılmasının beynəlxalq qurumlar tərəfindən maraq və rəğbətlə qarşılandığını, bunun dünyada mütərəqqi təcrübələrdən biri və digər bir çox ölkələr üçün nümunə kimi dəyərləndirildiyini bildirib. Fuad Əlizadənun sözlərinə görə, bu sistem əmək münasibətləri sahəsində şəffaflığın təmin olunmasına, bu sahəyə birbaşa və obyektiv dövlət nəzarətinin həyata keçirilməsinə, işçilərin əmək və gələcək sosial təminat, layiqli pensiya hüquqlarının etibarlı təminatına imkan yaradıb: "Dövlət nəzarəti zamanı qeyri-leqal işçiləri dərhal müəyyən etməyə imkan verən bu sistem nəticə etibarilə sosial sığorta, vergi daxilolmalarının artmasına şərait yaradır. Həmçinin EİS-in tətbiqi işəgötürənlərin qısa bir dövrdə elektron imzaya, e-imza ilə işləmək bacarıqlarına yiyələnmələrinə, bağlanan hər bir əmək müqaviləsinin artıq kağız daşıyıcılıq formasından çıxaraq elektron sənəd kimi formalaşmasına və istənilən halda işçilərin hüquqlarının müdafiəsində hüquq əsas rolu oynaya bilməsinə səbəb olub".

Fuad Əlizadə bu ilin yanvar-sentyabr aylarında əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətinin nəticələrindən də danışıb. O bildirib ki, ötən dövrdə dövlət nəzarəti zamanı ayrı-ayrı idarə, müəssisə və təşkilatlarda əmək qanunvericiliyinin tələblərinin pozulmasına dair 14 min 774 fakt aşkarlanıb. Bu faktlar isə əsasən, özəl sektora aid müəssisələrdə, topdansatış, ticarət və ictimai iaşə, tikinti sektorlarında qeydə alınıb. Yol verilən bu hüquq pozuntuları ilə bağlı olaraq işəgötürənlərə İnzibati Xətalar Məcəlləsinin müvafiq madəlləri üzrə cərimələr tətbiq edilib: "Tətbiq edilmiş ümumi cərimələr 3 milyon 437 min 650 təşkil etmişdir ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 7,3 dəfə çoxdur. Ümumi cərimələrdən 41,1 faizi, yəni 1 milyon 411 min 600 manatı dövlət büdcəsinə ödənilib. Bu, ötən ilin müvafiq dövrünə nisbətən 23,6 dəfə çoxdur. Eyni zamanda, bu ilin 9 ayında qeyri-leqal şəkildə əmək fəaliyyətinə cəlb olunduğu aşkar edilmiş 6 min 420 nəfər işçi ilə işəgötürən arasında əmək müqaviləsinin bağlanılması təmin olunub".

Xidmət rəisi işəgötürənlərin heç də hamısının işçilər üçün sağlam və təhlükəsiz əmək şəraiti yaradılmasına ciddi yanaşmadığını da təəssüflə qeyd edib. Fuad Əlizadə bildirib ki, məhz bu səbəbdən həmin sahəyə nəzarət xeyli artırılıb. Onun sözlərinə görə, əməyin mühafizəsi tələblərinin ciddi şəkildə pozulduğu bir sıra müəssisələrdə, o cümlədən tikinti obyektlərində nəzarət tədbirləri əməyin mühafizəsi sahəsində aşkarlanan nöqsanlar aradan qaldırılana qədər ciddi xarakter alıb: "Bu tədbirlər davam etdiriləcək və işçilərinin həyat və sağlamlığı üçün təhlükəli iş şəraiti olan müəssisələrə qarşı sərt tədbirlər həyata keçiriləcək".

Qələndər Xaçınçaylı

 

 

шаблоны для dle 11.2

Xəbər lenti
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024