Sosial (1-07-2014, 17:15)
Yadigar Sadıqovun məhkəməsində ziddiyyətli məqamlar
Bu gün saat 15:00-da Şirvann Apellyasiya Məhkəməsində Yadigar Sadıqovun məhkəməsi başlayıb. Hazırda məhkəmə prosesi davam etməkdədir.
Fasilə zamanı Yadigar Sadıqovun Hüquqlarını Müdafiə Komitəsinin sədri Elman Fəttahın bizə verdiyi məlumata görə, müdafiə tərəfi məhkəməni ifşa edəcək vəsatətlər irəli sürüb:
“Ekspertizanın rəyindən sonra müdafiə tərəfi yeni sübutlar əldə edib. Mübahisəli məqamlar həddindən artıq çoxdur. İbtidai istintaqda müstəntiq eyni saatda həm zərərçəkəni təcili tibbi yardımla müalicəyə göndərib, həm də həmin vaxtı dindirib. Dindirmə ilə bağlı təcili yardımın müayinəsi ilə üst-üstə düşür. Ona qoyulan diaqnoz ümumiyyətlə, xəsarətlə əlaqədar olmayıb. Ona görə də, əlimizdə əsaslı, mötəbər vəsatətlər var. İndi məhkəmənin həmin vəsatətlərə münasibətini gözləyirik”.
Xatırladaq ki, Y.Sadıqov iyunun 27-də Lənkəran sakini Rəşid Kərimovun şikayəti əsasında şübhəli şəxs kimi həbs edilib. R.Kərimov bildirib ki, guya iyunun 25-də Y. Sadıqov onu döyüb.
R.Kərimovun müraciəti KİV-lərdə yayılıb və onun əsasında Lənkəran rayon Polis İdarəsi Y.Sadıqovun barəsində Cinayət Məcəlləsinin 221.3 (silah və ya silah kimi istifadə edilən predmetdən istifadə ilə xuliqanlıq) maddəsi ilə cinayət işi açıb. Məhkəmə Y.Sadıqovu 6 il müddətinə azadlıqdan məhrum edib.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
20 04 2025
20 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025