Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial / Slayd (21-11-2016, 15:16)
Şəmkir hərbi polisindən Yevlax komissarlığına gedən yol: qətl və rüşvət faktları...

 

 

Şəmkir hərbi polisindən Yevlax komissarlığına gedən yol: qətl və rüşvət faktları...

 

SHXÇDX-nin Yevlax Rayon Şöbəsinin rəisi polkovnik-leytenant Elxan Heydərovun vəzifə karyerası haqqında

Mediatv.az:   Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) və xidmətin müxtəlif idarələri ilə bağlı mediada silsilə yazılar dərc olunmaqdadır. Bu yazılarda xidmətin yüksək rütbəli zabitlərindən tutmuş yerli idarə rəislərinə qədər heyəti tənqid hədəfinə çevrilir. Bu istiqamətdə xeberinfo.com-a daha bir məlumat SHXÇDX-nin Yevlax Rayon Şöbəsi və şöbə rəisi polkovnik-leytenant Elxan Heydərovun fəaliyyəti ilə ilgili daxil olub. Məlumatda cənab Heydərovun bu idarədə fəaliyyətə başladığı ilk gündən üstünlük verdiyi idarəçilik prinsiplərindən və bu prisiplərin kollektivdə, eləcə də rayon sakinlərində doğurduğu narazılıqlardan bəhs olunur. Təəssüf ki, bu məlumatları araşdırmaq istiqamətindəki çabalarımız hələ ki, nəticəsiz oldu.

Onu da qeyd edək ki, indiyədək də SHXÇDX-nin Yevlax Rayon Şöbəsinin rəisi polkovnik-leytenant Elxan Heydərovla bağlı mediada yazılıb. Həm də necə... cumhuriyyet.az saytında yer almış “Qətl və rüşvət işində adı hallanan Yevlax “komissarı”: Elxan Heydərov haqda ilginc dosye” sərlövhəli yazıda deyilir: “Bu zabitin keçmişi ilə bağlı cumhuriyyet.az olaraq apardığımız araşdırmalar zamanı E.Heydərovun xidməti tərcümeyi-halında xeyli müəmmalı məqamları üzə çıxardıq. İlk olaraq onu bildirək ki, E.Heydərovun adı ölkəyə səs salan qətlin-Şəmkirin keçmiş icra başçısı Aslan Aslanovun oğlu Ruslan Aslanovun qətli ilə bağlı mediada hallanıb. Belə ki, Ruslanın qətlinin araşdırılmasında Şəmkir rayon polisindən əlavə, Müdafiə Nazirliyinin Şəmkir Rayon Hərbi Polis Şöbəsinin əməkdaşları də iştirak edibmiş. Səfər Əbiyevlə kirvə olan Aslan Aslanov öz qeyri-rəsmi kurasiyasında olan hərbi polisi də qətlin araşdırılması işinə cəlb edib. Məlumata görə, hətta meyiti də ilk olaraq hərbi polis tapıb. Həmin vaxt isə rayonun hərbi polis rəisi Elxan Heydərov olub. Düzdür E.Heydərov bu faktı və bu məsələ ilə bağlı digər məlumatları təkzib edir, amma həmin vaxt cənab Heydərovun birbaşa rəhbəri olan Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin rəisi, polkovnik Rövşən Məhərrəmov fərqli fikirdədir. O bildirir ki, “O vaxt Şəmkirin hərbi polis rəisi Elxan Heydərov olub. O, məndən çox Aslan Aslanova tabeçilik göstərirdi. Ona görə də mənə heç nəyi məruzə etmirdi”.
E.Heydərovun A.Aslanova bu dərəcədə itaəti cavabsız qalmır. Demək olar ki, Ruslanın qətlinin istintaqı başa çatdıqdan sonra E.Heydərov hərbi polisdən kənarlaşdırılır və A.Aslanov onu Hərbi Komissarlıq sisteminə gətirir. Bu proses haqda da cumhuriyyet.az olaraq maraqlı məlumatlar əldə etmişik.  Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) sabiq idarə rəisi, polkovnik-leytenant Ağa Fəttahov mediaya verdiyi açıqlamada deyir: “Elxan Heydərov 200 min manat rüşvət müqabilində Aslan Aslanovun əli ilə hərbi polisdən komissarlıq sisteminə keçmişdi. Avqustun 3-də işdən azad olunduqdan sonra o 150 min manat müqabilində işə qayıdacağını dəfələrlə deyib. Doğurdanda qayıtdı. Əvvəl baş idarəyə sonra isə Qusar rayonuna rəis təyin olundu. Buna da etiraz edirdi. Bildirirdi ki, mən bu qədər pulu bu ucqarda işləmək üçün verməmişəm. O məqsədinə çatdı. Nə keçmiş hərbi komissarlıq sistemində, nə də Səfərbərlik Xidmətində görünməmiş hadisə baş verdi Elxan Heydərov 6 ay işlədikdən sonra Yevlax rayonuna təyin olunur. Mən rüşvətin birbaşa Arzu Rəhimova verildiyini iddia etmirəm. Amma ortada konkret faktlar var”.

Göründüyü kimi cənab Heydərovun fəaliyyəti ilə bağlı yumşaq desək heç də birmənalı danışmaq mümkün deyil. Biz qarşıdakı günlərdə əldə etdiyimiz məlumatları dəqiqləşdirməklə mövzunu davam etdirməyə çalışacağıq.

Xeberinfo.com

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024