Sosial (23-06-2016, 12:13)
Dövlət Qulluqçularının Peşə bayramı münasibəti ilə Hacıqabul rayon Heydər Əliyev Mərkəzində tədbir - FOTOLAR
Bu gün Hacıqabul rayon Heydər Əliyev Mərkəzində Dövlət Qulluqçularının Peşə bayramı münasibəti ilə tədbir keçirildi.
Mediatv.az xəbər verir ki, əvvəlcə rayon İcra Hakimiyyətinin Başçısı cənab Əhməd Muxtarov və bir qrup Dövlət qulluqçusu Ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri qoydular.Heydər Əliyev Mərkəzində dəyirmi masa ətrafında tədbir davam etdirildi.Tədbiri rayon İcra Hakimiyyətinin Başçısı cənab Əhməd Muxtarov giriş nitqi ilə açdı.Sonra Rayon Təhsil şöbəsinin müdiri Şükür Məmmədov, rayon Statistika idarəsinin müdiri Elman Nəcəfov, Muğan İƏD üzrə nümayəndə Tamella Ağayeva, rayon Mərkəzi Xəstəxanasının baş həkimi Beydulla Qarayev çıxış etdilər.Çıxışlardan sonra Dövlət qulluğunda fərqlənən bir qrup işçi rayon İcra Hakimiyyəti başçısı tərəfindən Fəxri Fərmanla təltif olundu.Yığıncağı rayon İcra Hakimiyyətinin başçısı cənab Ə.Muxtarov yekunlaşdırdı.
Aytən Zülfəliyeva
Hacıqabul rayon Heydər Əliyev Mərkəzinin direktoru
