Sosial (9-06-2016, 13:12)
AQRAR UNİVERSİTETİNDƏ BEYNƏLXALQ ECDL SERTİFİKATI TƏQDİM ETMƏ MƏRSİMİ KEÇİRİLİB - FOTOLAR
Azərbaycan Dövlət Aqrar Universitetində beynəlxalq ECDL sertifikatı təqdimetmə mərasimi keçirilib.
Mediatv.az bildirir ki, ADAU-nun mətbuat xidmətinin xəbərinə görə mərasimi universitetin Tərbiyə işləri üzrə prorektoru Aidə Qasımova açıb. Qafqaz Universitetinin (QU) Beynəlxalq əlaqələr şöbəsinin müdiri, ECDL Azərbaycanın koordinatoru Üzeyir Bağırov ECDL sertifikatının faydaları haqqında məlumat verib. ADAU-nun ECDL Təlim və Test Mərkəzinin koordinatoru Etibar Verdiyev layihə çərçivəsində görülən işlər haqqında məruzə edib.
Mərasimdə ECDL sertifikat proqramı üzrə təşkil olunan test prosesini uğurla keçən 75 iştirakçı beynəlxalq ECDL sertifikat ilə təltif edilib. Təltif edilənlərin 16 nəfəri müəllim, 15 nəfəri tədris-köməkçi heyət üzvü və 44 nəfəri isə tələbə olub. Müəllimlərdən 2 nəfər isə-E.Verdiyev, A.Məsimov ilk dəfə regionda Avroda imtahan verərək bu sertifikatla təltif olunub. Qaliblərdən 16 nəfər tələbə və 1 nəfər müəllim Gəncə şəhərində fəaliyyət göstərən Azərbaycan Texnologiya Universiteti, Gəncə Dövlət Universiteti, Gəncə Musiqi Kolleci, Gəncə Regional Kolleci və Gəncə Tibb Kollecindən olub.
Mərasimdə Etibar Verdiyev layihədəki səmərəli fəaliyyətinə görə QU-nun Təşəkkürnaməsi ilə təltif edilib.
Layihə iştirakçıları Cavad Hacıyev, Urfan Tağıyev, Mehdi Hüseynov, Mahil Məmmədov, Afiq Məsimov, Zaman Zeynalov və Gəncə şəhərində fəaliyyət göstərən digər universitet və kolleclərin tələbələri ECDL hədiyyələrinə layiq görülüb.
Hörmətlə,
