Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (4-11-2015, 17:18)
İDEA İCTİMAİ BİRLİYİNİN GƏNCƏ RESURS MƏRKƏZİNİN ƏMƏKDAŞLARI ADAU-da GÖRÜŞ KEÇİRİB- FOTOLAR

 

Quraşdırılmış təsvir 1

 

          İDEA İctimai Birliyinin ekoloji tədris proqramının tərkib hissəsi olaraq ətraf mühit və davamlı inkişaf sahələri üzrə təhsil alan və fəaliyyət göstərən gənclərlə mütamadi olaraq görüşlər, ekoloji mövzuda elmi semminarlar, təlimlər, müsabiqələr, təqdimat və mühazirələr təşkil edilir. İDEA İctimai Birliyi Gəncə regional ofisin təşəbbüsü ilə bu cür müzakirələr ölkənin ikinci şəhərində də geniş yayılıb. Gəncənin təhsil müəssisələrində silsilə görüşlərə isə ötən gün start verilib və noyabrın 13-də başa çatdırılması nəzərdə tutulub.

            Mediatv.az-a ADAU-nun mətbuat xidmətindən bildirilib ki, növbəti görüş 200 nəfər tələbənin iştirakı ilə Azərbaycan Dövlət Aqrar Universitetində keçirilib. Tədbiri giriş sözü ilə universitetin tərbiyə işləri üzrə prorektoru Aidə Qasımova açıb, İDEA İctimai Birliyinin gördüyü işlərdən, həyata keçirdiyi layihələrdən danışıb. İDEA İctimai Birliyinin Gəncə Resurs Mərkəzinin koordinatoru Könül Zeynalova tərəfindən isə təqdimat keçirilib. Təqdimatda İDEA İctimai Birliyinin ümumi fəaliyyəti və hazırda həyata keçirdiyi layihələr, Gəncə şəhəri üzrəgörülən və görüləcək işlər haqqında geniş mühazirə təqdim olunub.

            ADAU-nun rektoru, professor, AMEA-nın müxbir üzvü İbrahim Cəfərov İDEA İctimai Birliyinin həyata keçirdiyi layihələrin ekoloji əhəmiyyətini vurğulayıb və bildirib ki, üzümüzə gələn həftə həyata keçirilən yaşıllaşma layihələrinə güc vermək məqsədilə universitetin ərazisində 1000 ədəd ağac əkiləcək. Daha 1000 ədəd ağac isə yazda əkiləcək.

            Təqdimatın yekununda iştirakçılarla interaktiv müzakirələr aparılıb və onları maraqlandıran suallar cavablandırılıb. Tələbələrə sonda İDEA İctimai Birliyinə məxsus nəşrlər və xatirə hədiyyələri təqdim edilib.

Quraşdırılmış təsvir 2

 

Quraşdırılmış təsvir 5

Quraşdırılmış təsvir 4

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
10 05 2025
10 05 2025
10 05 2025
10 05 2025
10 05 2025
10 05 2025
10 05 2025
10 05 2025
10 05 2025
10 05 2025
10 05 2025
10 05 2025
10 05 2025
10 05 2025
9 05 2025
9 05 2025
9 05 2025
9 05 2025
9 05 2025
9 05 2025
9 05 2025
9 05 2025
9 05 2025
9 05 2025
9 05 2025
9 05 2025
9 05 2025
9 05 2025
9 05 2025
8 05 2025