Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial / Slayd (3-06-2016, 15:49)
Paytaxt xəstəxanalarının №1 çörək zavodunu seçməsinin gerçək səbəbləri haqqında...

Paytaxt xəstəxanalarının №1 çörək zavodunu seçməsinin gerçək səbəbləri haqqında...

      

   Kamləddin Heydərovun biznesini həvalə etdiyi Cəmil Tahir oğlu Muradov kimdir?

 Redaksiyamıza paytaxtın Xətai rayonu Aşıq Ələsgər küçəsində yerləşən № 1 çörək zavodu ilə bağlı maraqlı məlumatlar daxil olub. Başlıca məlumat isə bu zavodun Səhiyyə Nazirliyinin paytaxtdakı bütün iri müəssisələrinin çörək məhsullarının satın alınması ilə bağlı tenderlərin qalibi olması faktı ilə bağlıdır.

Açılışında prezident İlham Əliyevin də iştirak etdiyi, inşasına İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun 10 milyon manat güzəştli kredit ayırdığı, ümumillikdə isə 48,7 milyon manata başa gələn bu zavod Gilan Holdinqin çoxsaylı MMC-lərindən biridir. Tenderlərlə bağlı məlumata keçməzdən öncə qeyd edək ki, haqqında bəhs etdiyimiz çörək zavodunun bəzi məlumatlrada birbaşa Gilan Holdinqə, bəzi sənədlərdə isə “Xəzri TN” Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) aid olduğu göstərilir. Daha dəqiq məlumata görə, “Xəzri TN” MMC-də fövqəladə hallar naziri Kəmaləddin Heydərova məxsusluğu ilə tanınan Gilan Holdinq adlı biznes imperiyasına daxil olan strukturlardandır. Bu səbəbdən də İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun № 1 çörək zavodunun tikintisinə 10 milyon manat güzəştli kredit ayırması heç də təəccüblü görünməməlidir.

Xeberinfo.com-a daxil olan məlumatlardan belə məlum olur ki, məhz bu faktor “Xəzri TN” MMC-nin paytaxtdakı bütün iri səhiyyə müəssisələrinin çörək məhsullarının satın alınması ilə bağlı tenderlərin qalibi olması ilə bağlı məqamlara işıq sala bilər. Qeyd edək ki, “Xəzri TN” MMC-i Səhiyyə Nazirliyinin 1 saylı Respublika Psixiatriya Xəstəxanasının çörək məhsullarının satın alınması ilə bağlı 160 447 manatlıq,  Baş Səhiyyə İdarəsi Kliniki Tibbi Mərkəzin  91184 manatlıq , Akademik M.Ə.Mirqasımov adına Klinik Xəstəxananın 98270 manatlıq, Bakı Sağlamlıq Mərkəzinin 27145 manatlıq, Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun 28391 manatlıq, Neyrocərrahiyyə Xəstəxanasının 27352 manatlıq, 3 saylı Şəhər Klinik Xəstəxanasının 45880 manatlıq və 4 saylı Vərəm Əleyhinə Dispanserin 44732 manatlıq çörək məhsullarının satın alınması ilə bağlı tenderlərin hamısının qalibi olub(?)

Bu uduşlar “Xəzri TN”MMC-nin sahibi olduğu çörək zavodunun lazımı imkanlara malik olması ilə də izah edə bilər. Amma, məlumdur ki, Bakı şəhərində “Xəzri TN” MMC-dən başqa Sahibkarlığa  Kömək Milli Fondunun güzəştli kredit ayırdığı ən azı 5, bəzi məlumatlara görə isə 7 çörək zavodu da var. Belə zavodlardan ikisi Binəqədi rayonunda yerləşir. Onlardan birinin illik istehsal gücü 0.5 min ton, digərininki isə 17.4 min tondur. Bundan başqa Sabunçu rayonu, Bakıxanov qəsəbəsində illik gücü 29.2 min ton, Xətai rayonuda illik gücü 5.4 min ton və Sabunçu rayonu Maştağa qəsəbəsində illik gücü 3.7 min ton olan üç çörək zavodu da mövcuddur. Bunlardan başqa da bir neçə özəl zavod da mövcuddur ki, onların hamısı Səhiyyə Nazirliyinin paytaxtdakı xəstəxanalarının çörək məhsullarının satın alınması ilə bağlı büdcə vəsaitləri hesabına keçirdikləri tenderlərdə iştirak etmək istərdilər. Bütün bunlara baxmayaraq,  tenderlərin birmənalı qalibi “Xəzri TN” MMC olub. Bunun da nəticəsində “Xəzri TN” MMC heç bir marketinq işi aparmadan, reklam etmədən ümumilikdə  523 371 manatdan artıq pul qazanıb.

İqtisadiyyatdakı monopliyanın oliqarxlara məhz bu yollarla pul qazandırması faktdır. Səhiyyə Nazirliyinin yarım milyon manatdan artıq büdcə vəsaitini sərf etdiyi tenderlərin qalibi “Xəzri TN” MMC-nin “fövqəlnazir”ə bağlı olmasını sübut edə biləcək bir neçə faktor var.

Rəsmi məlumatlara görə, “Xəzri TN” MMC-nin direktori Cəmil Tahir oğlu Muradov həm də 0.1797 fazilik səhmlə “AFB Bank” ASC-nin səhmdarlarından biridir. “AFB Bank” ASC-nin ən böyük sərmayədarı isə   99.6406 fazilik payla “Gilan Holdinq” Məhdud Məsuliyyətli Cəmiyyətidir. Diqqət çəkən fakt odur ki, Cəmil Tahir oğlu Muradov həm də “Gilan Holdinq” MMC-nin rəhbəridir. Bundan başqa Cəmil Muradov həmçinin “Gilan & PİD” MMC-nin də rəhbəridir. Ancaq bu da son deyil. Cəmil Muradov həm də “Gilan Motors” MMC-nin, “Gilan Sement” MMC-nin, “Gilan Turizm” MMC-nin, “Gilan İdman Klubu” MMC-nin və “Gilan ənd Knauf” MMC-nin rəhbridir.

Göründüyü kimi, Heydərovların biznes imperiyasına daxil olan şirkətlərin bir çoxunu məhz Cəmil Tahir oğlu Muradov idarə edir. Bu fakt isə iki məsələdən xəbər verir. Birincisi, bu məqam Cəmil Muradovun fövqəladə hallar naziri Kəmaləddin Heydərova çox yaxın birisi olduğunu göstərir. Məlumatlara görə, Cəmil Muradov Kəmaləddin Heydərovun xalası oğludur. Çoxsaylı şirkətlərin Cəmil Muradovun idarəçiliyinə verilməsi isə yalnız onun Kəmaləddin Heydərovun xalası oğlu olması ilə bağlı deyil. Bu haqda xeberinfo.com-a danışan mənbə bildirir ki, Kəmaləddin Heydərov Cəmil Muradovu ətrafındakı insanların içərisində ən sədaqətlilərindən biri, bəlkə də ən birincisi hesab edir və məhz bu amilə görə də ona bu qədər etimad göstərir.

Bu məlumatlarla bağlı Səhiyyə Nazirliyinin rəhbərliyinin, paytaxt xəstəxanalarının baş həkimlərinin və əlbətdə ki, hörmətli Cəmil Muradovun fikirləri oxucularımız üçün maraqlı olardı. Təəssüf ki, hələlik bu fikirləri öyrənmək istiqamətindəki çabalarımız nəticəsiz qalmaqdadır.

                                                          ***

 

Dünən № 1 çörək zavodunun rəhbərliyi ilə əlaqə yaradıb, onları da dinləmək istədik. Zavodun direktor müavini Fikrət müəllimlə danışdıq və tanış olub, mövqe bildirməsi məqsədi ilə yazını onun elektron poçtuna da ünvanladıq. Bu gün isə rəhbərliyin xahişi ilə əməkdaşımız № 1 çörək zavodunda olub. Azərbaycanda analoqu olmayan, Avropada isə 4-5 zavoddan biri olan bu müəssisədə mühafizədən tutmuş, istehsalat prosesinə qədər bütün işlər ən yüksək səviyyədə qurulub. Ən müasir Alman texnologiyası, gigiyenik normaların qorunması istehsal olunan məhsulun keyfiyyətini stimullaşdıran başlıca amillərdir. Görünür bütün bunların nəticəsidir ki, nəinki sıradan insanlar, səhiyyə ocaqları kimi dövlət müəssisələri də məhz № 1 çörək zavodunu seçməli olur.

Mövzu diqqətimizdədir

 Xeberinfo.com

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024