Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (19-05-2016, 17:44)
Şamaxıda M.Ə.Sabirin yaradıcılığına həsr olunmuş VI bədii qiraət müsabiqəsinə yekun vurulmuşdur

Şamaxıda M.Ə.Sabirin yaradıcılığına həsr olunmuş VI bədii qiraət müsabiqəsinə yekun vurulmuşdur

 

 

 

Bu gün Şamaxıda Mirzə Ələkbər Sabir yaradıcılığına həsr olunmuş VI bədii qiraət müsabiqəsinə yekun vurulmuşdur.

 

Mediatv.az xəbər verir ki, tədbiri giriş sözü iləaçan Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev Sabir yaradıcılığına həsr olunmuş VI bədii qiraət müsabiqəsininiştirakçılarını təbrik etmiş, Azərbaycan ədəbiyyatının əvəzolunmaz nümayəndəsi olan Mirzə Ələkbər Sabirə göstərilən dövlət qayğısından, xalq məhəbbətindən söz açmışdır.

Sonra Şamaxının millət vəkili Elxan Süleymanov, rayon təhsil şöbəsinin müdiri Eyvaz Eminalıyev, şair Musa Yaqub və başqaları çıxış edərək şairin yaradıcılığından, onun poeziyasının əhəmiyyətindən danışmış, 6-cı ildir keçirilən M.Ə.Sabirin yaradıcılığına həsr olunmuş bədii qiraət müsabiqəsinin rayonun mədəni həyatında mühüm yer tutduğunubildirmişlər.

Şamaxının təhsil müəssisələrinin şagird və tələbələri arasında keçirilən müsabiqənin final turunda 100-dən çox iştirakçı M.Ə.Sabirin şeirlərini söyləmiş, qalib adı uğrunda mübarizə aparmışlar.

Şair Musa Yaqubun rəhbərlik etdiyi ədəbiyyatçılar və M.Ə.Sabir yaradıcılığının tədqiqatçılarından ibarət münsiflər heyəti iştirakçıların bacarıqlarını qiymətləndirmişlər.

Müsbiqədə Şamaxı şəhər Texniki-humanitar və təbiət fənləri təmayüllü internat tipli liseyin şagirdi Səmayə Abdullayeva I yerə, Şamaxı Humanitar Kollecinin tələbəsiKönül Kərimova və Göylərkənd 1 saylı tam orta məktəbin şagirdi Rühəngiz Qasımova II yerə, şəhər 1 saylı tam orta məktəbin şagirdi Məlahət Əfəndiyeva,şəhər 9 saylı tam orta məktəbin şagirdi Xəyal Rüstəmov və Qızmeydan kənd tam orta məktəbinin şagirdiAysun Sadıqova III yerə layiq görülmüşlər.

Sonda qaliblərə diplom və pul mükafatları təqdim edilmişdir.

 

Qeyd edək ki, Şamaxının millət vəkili Elxan Süleymanovun təşəbbüsü ilə keçirilən müsabiqədə fərqlənənlər M.Ə.Sabir təqaüdü alacaqlar.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
16 07 2025
16 07 2025
16 07 2025
16 07 2025
16 07 2025
16 07 2025
16 07 2025
16 07 2025
15 07 2025
15 07 2025
15 07 2025
15 07 2025
15 07 2025
15 07 2025
15 07 2025
15 07 2025
15 07 2025
15 07 2025
15 07 2025
15 07 2025
15 07 2025
15 07 2025
15 07 2025
15 07 2025
15 07 2025
15 07 2025
15 07 2025
15 07 2025
15 07 2025
15 07 2025