Sosial / Slayd (18-05-2016, 11:45)
Nazir büdcənin vayına necə oturub?
Nazirin «eksperiment»ləri sahibkarlığı məhvə aparır, müfəttişlər isə iş adamlarını vergidən yayınmağa sövq edirlər
Mediatv.az: Ötən ilin dekabrında baş vermiş devalivasiyadan sonra büdcənin doldurulması üçün hökumətin atdığı addımlar sistemli olsa da, bəzi nazirlər vəziyyəti fərqli istiqamətdə yönləndirməyə çalışırlar. Daha doğrusu, əvvəlki səviyyədə pul qazana bilməyən həmin nazirliklər bütün yükü sahibkarların üzərinə qoymağa başlayıblar.
Hazırda büdcənin formalaşmasında əsas yük Dövlət Gömrük Komitəsi və Vergilər Nazirliyinin üzərindədir. Devalivasiyadan sonra DGK-nın atdığı addımlar, bir çox sadələşdirmələrə qol qoyması büdcə ödənişlərinin azalmasına yox, çoxalmasına gətirib çıxarıb. Sahibkarlara indiyə qədər yaradılmış maneələrin aradan qaldırılmasından sonra durumun düzəlməsi artıq hökumət tərəfindən də təqdir olunur. Lakin analoji halı Vergilər Nazirliyi haqqında demək mümkün deyil. Ölkənin ən varlı oliqarx-məmurlarından olan vergilər naziri Fazil Məmmədov yeni vergi sistemləri tətbiq etməklə vəziyyətdən çıxmağa çalışır. Əslində isə doğru-düzgün vergi yığımı həyata keçirilərsə, büdcəyə ödənişlərin həcmində azlıq yox, çoxluq müşahidə olunar.
Lakin Fazil Məmmədovun «ideya» və «eksperiment»ləri artıq sahibkarların da canını boğaza yığıb. Diqqət edin, bu yaxınlarda qanun layihəsi hazırlayaraq, parlamentə təqdim edən nazirlik orada əkin sahələrinə tətbiq olunmuş vergilərin artırılmasını istəyib. Sual olunur: İndiki məqamda buna nə gərək vardı? Kənd təsərrüfatını inkişaf etdirmək üçün addımlar atılması əvəzinə, fermerləri əlavə vergilərlə yükləmək Fazil Məmmədova nə verəcək? Axı, bu sabotajdan başqa bir şey deyil. Eyni zamanda, kənd təsərrüfatının məhv edilməsi anlamına gəlir. Fazil Məmmədovun «eksperimenti» olan iri marketlərdə ərzaq məhsullarına 18 faizlik ƏDV-nin tətbiq edilməsi də eyni addımdır. Hətta bununla bağlı ciddi qalmaqallar da ortaya çıxmışdı. Ölkədə ucuzlaşma, bahalığın aradan qaldırılmasını istəyən hökumətin istəyinə qarşı çıxmaqın nə adı var, nə də sanı. Üstəlik, vergilər naziri baş nazir olmaq üçün alışıb-yanır ki, belə addımlar indidən onun haqqında mənfi rəyin yaranmasına gətirib çıxarır. Təsəvvür edin ki, Fazil Məmmədov baş nazirdir və hökuməti də Vergilər Nazirliyi kimi idarə edir. O zaman iqtisadiyyatın hansı vəziyyətə düşəcəyini təsəvvür etmək elə də çətin deyil. Qısa müddətdə sahibkarlıq sıradan çıxacaq, fermerlər işlərini dayandırıb, ölkəni tərk etmək məcburiyyətində qalacaq. İstehsal sahələrinin durumunu deməyə isə gərək yoxdur.
Vergilər naziri rəhbəri olduğu qurumlarda durumu düzəldə bilmədiyi halda, ölkə iqtisadiyyatını necə idarə edəcək? Bundan əlavə, faktiki olaraq Vergilər Nazirliyinin müfəttişləri sözün həqiqi mənasında köhnə qaydalarda işləyirlər. Əgər əvvəllər də alınan pulun bir qismi onların cibinə gedirdisə, indi də həmin durumdur. Artıq vergi müfəttişləri yerli sahibkarların «dayağı»nı çevrilib və onlardan alınmalı olan vergilərin həcmi özləri məqsədli şəkildə gizlədərək, kiçik rəqəmlərlə sənədləşdirirlər. Aradakı fərq isə tərəflər arasında bölüşdürülür. Bu da nəticə etibarı ilə büdcə ödənişlərinin azalmasına gətirib çıxarır ki, indiki məqamda Azərbaycan üçün çox təhlükəli haldır. Qarşı tərəfi də dinləməyə hazırıq.
"Politika"
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024