Sosial (9-04-2014, 20:39)
Pirşağılar ayağa qalxdı, polis qəsəbəni nəzarətə götürdü
Pirşağı sakinləri avtomobil yolunu bağlamağa cəhd göstəriblər.
Sabunçu Rayon Polis İdarəsindən verilən məlumata görə, sakinlər bu gün saat 10.30 radələrində Kürdəxanı-Zabrat yolunu bağlamaq istəyiblər. Hadisə yerinə Sabunçu Rayon Polis İdarəsinin əməliyyat qrupu göndərilib.
Məlumata görə, sakinlər qəsəbə ərazisindən keçəcək Dairəvi yolun tikintisinə görə plana düşən evlər üçün verilən kompensasiyanın məbləğindən narazı olduqlarına görə bu addımı atıblar(apa).
****
Mediatv..az-a etirazçıların verdiyi məlumata görə, narazılığa səbəb yol çəkilişi ilə əlaqədar plana düşən evlərin kv.metrinə cəmi 250 manat təklif olunmasıdır: "Camaatın evlərinə bildiriş göndəriblər. Orada hər kv.metr üçün cəmi 250 manat veriləcəyi yazılıb. Amma eyni yola görə nardaranlılara 1000-1250 manat veriliib. Başa düşmürük, bu ayrıcalıq nəyə görədir? 250 manatla bizlər ailəmizi necə yerləşdirə bilərik? Sonadək bu məsələdə dirənəcəyik!".
![](http://tedbirler.az/ted1-660.gif)