Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial / Slayd (11-12-2015, 21:32)
Laçında Səlimov və Vəliyev cütlüyündən Şikayət- Cənab Prezident sizdən ümidimizi kəsmirik!

Laçın rayonundan məcburi köçgün, hazırda Ağcabədi rayonu,, Taxta körpü''ərazisində məsgunlaşmış Baxışov Baxış Aslan oğlu tərəfindən müraciət.


Hörmətli redaksiya Yazıb bütün ictimaətə məlum edirəm ki,Laçın Rayonuna Allah tərəfindən bir,, bəla''gəldi bu,, bəla''1992-ci ilin may ayına təsadüf etdi. O, zaman erməni daşnaklarının əlindən salamat qaçanlar,, elnən gələn qara günü atalar toy-bayram deyib''özlərinə toxdaqlıq verirdilər. Həmin şükür edənlərin biridə mən idim. Ona görə şükür edirdim ki, ailə üzvülərimi sağ-salamat erməni quldurlarının əlindən qaçırmışdım. Amma bilmirdim ki, ikinci,, bəla''yadaki''qanlı- qadalı qara günlərimiz hələ qabaqdadır.ikinci bəlamız 2013-cü ilin mart ayından başladı. Beləki A.Səlimov R.İ.H-nin başçısı təyin olunandan sonra şüurlu surətdə dərk elədik ki,qaçqınlıq həyatı yaşamaq A.Səilmov rejimində yaşamaqdan şükürlü imiş! A.Səlimov İ.H.B-ı təyin olunduğu andan rayonumuzda açıq-aşgar talama prosesi başlandı. 

Uzun müddət Polis Rəisi işləmiş cənab Səlimov sanki bu rayonu talamaq, vətəndaşları təhqir etmək üçün illərdi İcra Başçısı olmaq üçün qurduğu xəyalları gerçəkləşmişdi.ilk öncə RTŞ-nin müdiri ilə soyuq münasibətdə olan Cənab Səlimov bizlərə bəlli olmayan səbəblərdən az bir zamanda dostlaşmağa başladılar. Görünür RTŞ-nin müdiri Cənab Vəliyev yeyinti yeri olan məktəblərdən gələn gəlirləri Cənab Səlimovla necə paylaşacağını ona izah etmişdir. Bu geniş izahatdan güclü gəlir gələcəyini düşünən Səlimov bu gəlirləri dahada artırmaq üçün Vəlitevə hansı göstəriş verildiyini bilməsəmdə, amma onuda bilirəmki, bu sövdələşmədən sonra M.Vəliyev məktəbləri öz biznesi kimi istifadə etməyə başladı. Həmin vaxda qədər məktəblərdən yığılan aylıqlar, məktəblərə görə 60-100 Azn arasında dəyişirdisə bundan sonra 100-300 Azn arasında dəyişməyə başladı. Həmin,, mayasız''biznes hesabına A.Səlimov Qarıqışlaq obasında özünə dəb-dəbəli ferma salmağa başladı. 

Bu həmin fermadırki, indi artıq ora gözəl bir şəhərciyə bənzəyir. Ancaq nəzərinizə çatdırım ki,bu şəhərciyin salınmasında Rayonun bütün idarə müəssələri var qüvvələri ilə çalışırlar. Rayonun yaşıllaşdırma idarəsinin A.Səlimov şəhərciyində saldığı yaşıllığı görəndə bir anlıq düşünürsən ki, Bakının ən möhtəbər parkları belə ola bilməz. Hörmətli redaksiya onuda qeyd etməliyəm ki, bu qanunsuz əməllər vasitəsiylə onlar nələrə sahib olmayıblarki? Məsələn: Laçın Rayon Hacılar kənd tam orta məktəbinin hərbi rəhbəri Şahin müəllim A.Səlimov İ.B-sı təyin olandan sonra Bakı Şəhərinə köçmüş, orada özünə məxsus bizneslə məşğuldur. Amma nədənsə bu günə qədər adı həmin məktəbdə Hərbi rəhbər vəzifəsində işdədir. 

Onun əmək haqqı kartıda qanuni yolla M.Vəliyevə və A.Səlimov şəhərciyinə xidmət etməsi düşünürəmki, heç kimdə şübhə doğurmaz.Gəncə Müəllimlər İnsititunu bitirərək, saxta bir arayışla 4 (dörd) ildir ki, həmin məktəbdə adı psixoloq vəzifəsində olan Babək müəllim hazırda Yasamal Rayonu ərazisində avtomobil yuma sexlərində birində işləyir. Bəs görəsən Babək müəllimin əmək haqqı kartı kimə xidmət göstərir? Bax bu qanunsuz əməllərin sayəsində RTŞ-nin müdiri və bəzi işçilər bahalı avtomobillərə A.Səlimov isə Azərbaycanda analoqu olmayan fermaya sahibdir. Olsunlar buna heçbir bir etirazımda yoxdur adama deyərlər ki, bacarana baş-qurbandır. Amma bir faktda varki, niyə bu qara camaatın gözünə kül üfürürlər. 

Qəbul vaxtı vətəndaşların təhqir olunmasın nəyə borcluyuq ay Cənab Səlimov? 

Şəxsən mən özüm 2015-ci ildə neçə dəfələrlə qəbulunda olmuşamsa A.Səlimovun söyüşündən başqa heçnə görməmişəm. Hətta A.Səlimov qəbulların birində mənə dediki, mənim fermamdakı itlərin sayı sənin uşağından çoxdur. Bir faktıda qeyd edək ki, A.Səlimov Rayon Səhiyyə, Mədəniyyət, Yol və Yaşıllaşdırma idarələrini də artıq özəlləşdiribdir. Beləki,istənilən vaxt istənilən idarə işçilərini müdirləriylə birlikdə A.Səlimovun şəxsi fermasında görmək olar. Yaxın günlərdə rayonun qərargahı Taxta-körpü qəsəbəsindən Qarıqışlaq obasına köçrüləcəyidə gözlənilir.Parlament seçgilərindən sonra A.Səlimov şəhərciyində gedən abadlaşma işlərindən bəlli olurki, yeni seçilmiş deputatımızda vətəndaşlarla görüşünü orada keçirəcəkdir. 

Bundan əlavə Səlimov və Vəliyev cütlüyünün qanunsuz əməlləri RTŞ-nin Həmkarlar İttifaqının Fondunda boş qoymuşdur. Rayonda müəllimlərin adına Həmkarlar hesabına istirahət ocaqlarına ezamiyyələrin yazılması, zavallı Laçınlı müəllimlərin guyaki, istirahətindən xəbər verir.yuxarıda göstərdiyim faktlarla bağlı dəfələrlə aidiyati orqanlara məlumat versemdə heçbir müsbət nəticə əldə olunmamışdı.

Ümid edirəmki, Cənab Prezidentimiz İlham Əliyev bu cütlüyün dövlətimizin büdcəsin dolayı yollarla talan-qarət etməsinə son qoyacaq. 
/liderinfo.az/

 

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024