Sosial (5-04-2014, 21:48)
Etibar Hüseynova qarşı aksiya təşkil edən məcburi köçkün evdən çıxarıldı
Qubadlı rayonundan məcburi köçkün Ağaşirin Baxşəliyev kirayədə qaldığı evdən heç bir səbəb olmadan çıxarılıb.
Bu barədə Avropa.info-ya Ağaşirin Baxşəliyev özü məlumat verib.
Ağaşirin Baxşəliyev qarşılaşdığı haqsızlığın səbəbini də bildiyini dedi: "Deputat Etibar Hüseynovun məcburu köçkünləri təhqir etməsi ilə bağlı aprelin 8-də etiraz aksiyasi keçiriləçəyi barədə məlumat vermişdim. Elə evdən çıxarılmağıma da səbəb budur".
Onun sözlərinə görə bu gün günorta saatlarında ev sahibi gələrək evdən çıxmasını tələb edib. Səbəbini soruşduqda isə heç də gözlənilməz olmayan cavab alıb.
"Mən Qubadlı rayonundan məcburi köçkünəm. Bu gün ev sahibi gəldi və evdən çıxmağımı tələb etdi. Səbəbini soruşanda isə dedi ki, başımın ağrımağını istəmirəm. Sən burda qaldığın üçün mənə təzyiq göstərirlər. Eyni həyətdə yaşayan digən kirayəçilər də öyrədilmiş kimi onun sözlərini təkrar edirdi. Dedim ki, heç olmasa 3-5 gün vaxt verin ev tapım. Ona da imkan vermədi və elə bu gün çıxmağımı tələb etdi. Mən də məcbur qalıb əşyalarımı da götürüb çıxdım. İndi gedməyə yerim də yoxdur. Kirayə pulunu bir gün də olsa gecikdirməmişəm. Məni o evdən çıxarmağa heç bir səbəb yox idi"- Baxşəliyev əlavə etdi.
Qeyd edək ki, Ağaşırn Baxşəliyev facebook sosial şəbəkəsində də aksiya ilə bağlı event də təşkil edib.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
6 02 2025
6 02 2025
6 02 2025
5 02 2025
5 02 2025
5 02 2025
5 02 2025
5 02 2025
5 02 2025
5 02 2025
5 02 2025
5 02 2025
5 02 2025
5 02 2025
5 02 2025
5 02 2025
5 02 2025
5 02 2025
5 02 2025
5 02 2025
5 02 2025
5 02 2025
5 02 2025
5 02 2025
5 02 2025
4 02 2025
4 02 2025
4 02 2025
4 02 2025
4 02 2025