Sosial (1-11-2015, 14:12)
Elşad Abdullayevin bacısı oğlu niyə saxlanılıb?- Rəsmi Açıqlama
Baş Prokurorluq ABU-nun sabiq rektoru Elşad Abdullayevin bacısı oğlunun həbs edilməsi xəbərinə aydınlıq gətirib.
Mediatv.az xəbər verir ki, Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov açıqlamasında bildirib ki, bəzi kütləvi informasiya vasitələrində Azad Mursalıyevin həbs olunması barədə yayılmış informasiyalar həqiqəti əks etdirmir: “Göstərilənlərlə bağlı bildiririk ki, Mahir Abdullayevin itkin düşməsi faktı ilə bağlı Baş Prokurorluqda istintaq edilən cinayət işi üzrə Azad Mursalıyevin cinayət təqibi üçün mühüm əhəmiyyət kəsb edən məlumatlara malik olduğunu nəzərə alaraq, eləcə də istintaqla mütəmadi və sıx əlaqələrini təmin etmək məqsədi ilə müvafiq qaydada ölkə ərazisindən çıxışına məhdudiyyət qoyulub. Barəsində belə bir məhdudiyyətin mövcudluğunu bilə-bilə Azad Mursalıyev oktyabrın 31-də saat 18.45-də dövlət sərhədini “Şıxlı” Sərhəd Nəzarət Məntəqəsi vasitəsi ilə keçərkən saxlanılıb. Qazax rayon Polis Şöbəsində ölkə ərazisindən çıxışına qoyulmuş məhdudiyyətin tələbləri bir daha izah edildikdən sonra o, həmin gün sərbəst buraxılıb”.
Qeyd edək ki, Azad Mürsəliyev fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin (ABU) sabiq rektoru, hazırda Fransada yaşayan Elşad Abdullayevin bacısı oğludur.
