Sosial (21-10-2015, 23:15)
Nazirə yeni vəzifə verildi
Prezident İlham Əliyev Azərbaycan Respublikasının Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının tərkibini təsdiq edib.
Mediatv.az-ın məlumatına görə, Azərbaycan Respublikasının iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının sədri təyin edilib.
Koordinasiya Şurasının üzvləri:
Aydın Əliyev – Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri
Elçin Quliyev – Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi
Qüdrət Qurbanov – Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının rəisi
Musa Pənahov – Azərbaycan Respublikası nəqliyyat nazirinin müavini
Toğrul Musayev – Azərbaycan Respublikası ədliyyə nazirinin müavini
Xələf Xələfov – Azərbaycan Respublikası xarici işlər nazirinin müavini
Cavid Qurbanov – “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri
Rauf Vəliyev – “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin sədri
Elşad Nəsirov – Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti
Taleh Ziyadov – “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyətinin Baş direktoru
