Sosial (16-10-2015, 12:36)
ADAU-da MÜSTƏQİLLİK GÜNÜ QEYD EDİLİB
Azərbaycan Dövlət Aqrar Universitetində dövlət müstəqilliyinin 24 illiyi qeyd edilib. Bütün fakülkətələrdə keçirilən tədbir universitetin baş binasında dəyirmi masa arxasında yekunlaşıb.
Mediatv.az-a ADAU-nun mətbuat xidmətindən verilən məlumata görə tədbiri universitetin prorektoru, dosent Aiədə Qasımova açıb, “Müstəqillik Günü”nün tarixinə nəzər salıb. Bildirib ki, 18 oktyabr Azərbaycanın yeni tarixində əlamətdar günlərdən biridir.
Universitetin Azərbaycan tarixi, fəlsəfə və hüquq kafedrasının müdiri Azad Bayramov isə tarixi dəyərlərimizindən olan “Müstəqillik Günü”nün mahiyyətini təhlil edib, bir əsrdə 2 dəfə müstəqillik qazanan ölkənin ictimai, siyasi, iqtisadi həyatına nəzər salıb.
Tədbirdə tələbələrdən Günay İbrahimova, Aytac Səmədli, Xalidə Nəsibzadə çıxış edib, müstəqil Azərbaycan xalqının milli azadlıq tarixindən və bu yolda əldə etdiyi nailiyyətlərdən söz açıblar.
