Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (8-10-2015, 21:05)
MƏRKƏZİ ELMİ KİTABXANADA AMEA və FÖVQƏLADƏ HALLAR NAZİRLİYİNİN QURUMLARI İLƏ BİRGƏ SEMİNAR-MƏŞĞƏLƏ KEÇİRİLiB

MƏRKƏZİ ELMİ KİTABXANADA AMEA və FÖVQƏLADƏ HALLAR NAZİRLİYİNİN QURUMLARI İLƏ BİRGƏ SEMİNAR-MƏŞĞƏLƏ KEÇİRİLiB

 

Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında “Yanğından mühafizə üsulları və onun həyata keçirilməsində müəssisə və təşkilatların üzərinə düşən vəzifələr” mövzusunda seminar-məşğələ keçirilib.

Mediatv.az xəbər verir ki, tədbir AMEA Rəyasət Heyəti aparatının II Xüsusi şöbəsi, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarının Mülki Müdafiə İdarəsi, FHN-nin Akademiyası və FHN-nin Dövlət Yanğın Nəzarəti Xidmətinin birgə təşkilatçılığı ilə baş tutub.

Tədbirdə AMEA-nın elmi-müəssisə və təşkilatlarının ümumi işlər üzrə direktor müavinləri, MM qərargah rəisləri, yanğınsöndürmə dəstələrinin komandirləri iştirak ediblər.

Seminar-məşğələni giriş sözü ilə açan II Xüsusi şöbənin rəisi Eldar Quliyev AMEA-nın elmi müəssisə və təşkilatlarının MM qərargah rəislərinin baş verə biləcək fövqəladə hallarla bağlı mütəmadi məlumatlandırıldığını və bu istiqamətdə mühüm işlərin görüldüyünü diqqətə çatdırıb. Tədbirin keçirilməsinin əhəmiyyətindən danışan şöbə rəisi bildirib ki, əsas məqsəd əməkdaşları maarifləndirmək, baş verə biləcək təbii fəlakət, yanğın və qəza hadisələri zamanı düzgün təxliyyə olunmasının öyrədilməsidir.

MƏRKƏZİ ELMİ KİTABXANADA AMEA və FÖVQƏLADƏ HALLAR NAZİRLİYİNİN QURUMLARI İLƏ BİRGƏ SEMİNAR-MƏŞĞƏLƏ KEÇİRİLiB

Sonra Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarının Mülki Müdafiə İdarəsinin rəisi, polkovnik Qüdrət Ağayev çıxış edərək “Yanğın təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanunun 6-cı maddəsi barədə məlumat verib. Bildirilib ki, hər bir müəssisədə yanğın təhlükəsizliyiynin təmin olunması məqsədi ilə müvafiq standartlara, tikinti norma və qaydalarına, texnoloji layihələşdirmə normalarına, həmçinin müəyyən edilmiş qaydada tətbiq edilmiş digər normativ sənədlərin tələblərinə ciddi riayət olunmalıdır. İnzibati binalarda, onun mərtəbələrində olan insanları yanğın hadisəsi haqqında məlumatlandırmaq üçün xəbərverici qurğuların quraşdırılmasının zəruriliyi qeyd edilib.

Seminarda çıxış edən Azərbaycan Respublikası FHN-nin Akademiyasının Yanğın təhlükəsizliyi ixtisası kafedrasının rəisi, daxili xidmət polkovnik-leytenantı Kazım Kazımov, FHN-nin Dövlət Yanğın Nəzarəti Xidmətinin Təbliğat şöbəsinin rəisi, polkovnik Hikmət Cəfərov və həmin şöbənin baş mütəxəssisi Nizami Fərəcov fövqəladə hallar zamanı davranış qaydalarının öyrənilməsi və praktiki məşğələlər

zamanı təhlükəsizlik qaydalarına ciddi əməl olunması baxımından bu cür tədbirlərin keçirilməsinin önəmliyini vurğulayıblar.

Tədbirdə iştirakçılara fövqəladə hallar barədə ətraflı məlumatlar verilib, mövsüm üçün xarakterik olan fövqəladə hadisələrdən bəhs edilərək, həmin hadisələr zamanı düzgün davranış qaydaları açıqlanıb.

Sonda mövzu ilə bağlı suallar cavablandırılıb.

 

 

 

Ruslan Kərimov,

AMEA Mərkəzi Elmi Kitabxana

шаблоны для dle 11.2

Xəbər lenti
10 05 2025
10 05 2025
10 05 2025
10 05 2025
10 05 2025
9 05 2025
9 05 2025
9 05 2025
9 05 2025
9 05 2025
9 05 2025
9 05 2025
9 05 2025
9 05 2025
9 05 2025
9 05 2025
9 05 2025
9 05 2025
9 05 2025
9 05 2025
8 05 2025
8 05 2025
8 05 2025
8 05 2025
8 05 2025
8 05 2025
8 05 2025
8 05 2025
8 05 2025
8 05 2025