Sosial / Slayd (6-09-2015, 00:05)
BİR DAHA VİDADİ ZEYNALOVUN NƏHAYƏTSİZ İMKANLARI, ÖLÇÜYƏGƏLMƏZ KAPİTALI, HÜDUDSUZ AMBİSİYALARI BARƏDƏ
RYTN-NİN APARAT RƏHBƏRİ ÖZ HİMAYƏDARI ƏLİ ABBASOVUN İLTİFATINDAN SUİ-İSTİFADƏ EDƏRKƏN, BÜTÜN ÇƏRÇİVƏLƏRİ AŞIB
Azərbaycanın mətbu və elektron informasiya məkanında Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Aparat rəhbəri Vidadi Zeynalovun çapovulçuluğu barədə məlumatlar səngimək bilmir.
Yevlax rayon Kövər kəndində anadan olan Vidadi Zeynalov uşaqlığında çox ünsiyyətdə olduğu qonşu Qaraçıar məhləsinin sakinlərindən əxz etdiyi vərdişləri hələ də tərgidə bilmədiyindən, nə qədər var-dövlət sahibi olsa da, mal-mülk hərisliyindən gözü doymur. Bu vərdişləri onun tələbəlik illərində karına gəlir: Azərbaycan Neft və Kimya institutunda tələbə “profsayuz”larının maxinasiyalarına baş qoşur.
Qoltuq altına baş soxmağı da yaxşı bacaran Vidadi Zeynalov ən çox akademik Əli Abasovun lütfündən geninə-boluna istifadə edib. Əli Abbasovun rektorluğu dövründə İqtisad Universitetinin inzibati - təsərrüfat işləri üzrə prorektoru vəzifəsində çalışan, elmi zəhmət tutumlu işlərdən həmişə kənar qaçan, daim idarəetmə, pultoplama kampaniyalarına həvəs göstərən Zeynalov necə olubsa, qısa zaman kəsiyində elmi iş “müdafiə” edib və alimlik dərəcəsi qazanıb (onu tanıyanlar bunun necə baş verdiyini yaxşı xatırlayırlar).
Zeynalov ADİU-nun sabiq rektorunun qılığına girməyə o qədər müvəffəq olub ki, Əli müəllim nazir vəzifəsinə irəli çəkiləndən sonra Vidadini də özü ilə təzə rəhbərlik edəcəyi hökumət strukturuna məsul vəzifəyə aparıb. Nazirdən sonra əsas söz sahibinə çevrilmiş və nazirin “qara qutusu” statusunu daşıyan, həm kapitalına, həm də siyasi imkanlarına görə ikinci eşalon oliqarxlarla müqayisə olunan V. Zeynalov ona göstərilən iltifatdan yararlanarkən həddini aşıb. Nazirliyin aparat rəhbəri Goranboy rayonunda “Gülüstan”, İsmayıllı rayonunda isə “Çaynik” adlı istirahət mərkəzləri tikdirib. Onun Bakı şəhəri Qaraçuxur qəsəbəsində dəyəri milyonlarla ölçülən villası, Quba rayon Qəçrəş kəndində isə dəbdəbəli imarəti var. Həmçinin Vidadi Zeynalovun paytaxtın Tiblisi və digər prospektlərində bir neçə obyektinin fəaliyyət göstərdiyi qeyd olunur. “Xətai” metrostansiyasının yaxınlığında yerləşən obyektini isə Rusiya Mədəniyyət Mərkəzinə icarəyə verdiyi bildirilir. Vidadi Zeynalov Kürdəmir rayonunda 300 hektar dövlət torpağını uzunmüdətli icarəyə götürdüyü, həmçinin Neftçala rayonunda böyük təsərrüfata malik olduğu barədə səhih məlumatlar vardır.Neftçala rayonunda böyük balıqçılıq təsərrüfatı,İSTİ-SU sanatoriyası,heyvandarlıq eləcədə 100 hektarlarla sahə Vidadi Zeynalova məxsusdur. Bundan başqa qohumu Ceyhun Cəfərov Tərtər rayonuna icra başçısı təyin olunduqdan sonra adı çəkilən rayonda həyata keçirilən bəzi abadlıq işlərini məhz Vidadi Zeynalova məxsus kiçik müəsissələr həyata keçirib.Həmçinin Ceyhun Cəfərovun əli ilə Tərtər Bərdə rayonu arasında sahəsi 400 hektar olan dövlət fondu torpağını uzunmüddətli icarəyə götürərək burada böyük heyvandarlıq sahəsi yaradıb.
Təbiidir ki, V. Zeynalov adları çəkilən və sadalamadığımız digər obyektləri özünün deyil, yaxın adamlarının adına rəsmiləşdirib. Amma atalar demişkən, “cidanı çuvalda gizlətmək olmaz”. Gələn sayımızda Yunanıstan iqtisadiyyatındakı təbəddülatların V. Zeynalovu niyə və necə narahat etməsindən, həmçinin aparat rəhbərinin rəvac verdiyi digər qanunsuzluqlardan söz açacağıq.