Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial / Slayd (27-08-2015, 11:12)
Bərdəyə ayrılan milyonlar necə xərclənib? – ARAŞDIRMA

Paytaxt və regionlara ayrılan dövlət vəsaitlərinin xərclənməsi mövzusunu bir müddətdir aktual saxlayırıq. Bu dəfə Bərdəni seçməyim hazırda bu rayona səfərimdən irəli gəlir. Səfərdən əvvəl rayona ayrılan vəsaitlərə nəzər salmışdım, xərclənən pulların həcmi ən az Bakının mərkəzi qədər abad bir şəhər görəcəyimi vəd edirdi.
Deyim ki, rayonda yaxşı qarşılanmadım, məni Bakıdan elə Bərdəli bir taksi sürücüsü gətirdi. Əlisəfa hamıdan 12 manat, məndən 30 manat aldı. Onu Bərdədən atamın uzaq qohumu Xaliqlə, Qalib məsləhət bilmişdilər, dost imişlər. Taksi sürücüsünün telefonuna zəng elədim, nömrəsini kimdən aldığımı, bu adamların nəçi olduqları barədə məni sorğu-suala çəkdi. “Market Qalib”, deyə soruşdu, doğrusu alverçilərlə işim olmaz, nə ilə məşğul olduqları məni maraqlandırmır, sürücüyə də hesabat vermək niyyətim yox idi. “Yolpulumu özüm ödəyirəm, uzaq qohumların bura nə dəxli var”, dedim. Deyəsən ağlına batdı, daha o söhbətə qayıtmadı. Arxamca gələndəniyə narahat olduğunu anladım, qanunsuz taksi fəaliyyəti ilə məşğulmuş, odur ki, vergi müfəttişi olub-olmadığımı dəqiqləşdirmək itəyirmiş. Dedim bir də özündən soruşum, dodağının altında mızıldandı. Amma hər gün işi varmış, paytaxtla rayon arasında gündəlik sərnişin daşıyır. Adam telefonda dedi ki, məndən başqa cəmi iki nəfər müştərisi var. Biləcəri körpüsünün altında qəfil saxladı, “indi gəlirəm”, deyib, qapı-pəncərəni də açıq qoyub getdi. 20 dəqiqə maşınların səs-küyü, bayırdan içəri dolan isti havada (az əvvəl təkidimlə yandırdığı kondisioneri də söndürüb getmişdi) gözlədim. Bayaqdan maşının böyründətelefonla “oynayan” kişi gəlib arxada əyləşdi. Adını sonradan öyrəndiyim Davud makler imiş, işinin gərəyi dərhal da ünsiyyət qurmağa çalışdı. İki daşın arasında bankların “sirrini”də mənəaçdı, sən demə banklar girov götürdükləri əmlakı satışa çıxardıqları vaxt onu birbaşa ala bilmədikləri zaman maklerlərləəlbir olur, 5-10 min manat “hörmət” qarşılığında mülkümənzil alverçilərinin vasitəsilə ələ keçirirlər. Dediyinə görə bütün banklar bu üsula əl atırlar.
Bu səfər maşına bir qadın oturdu, Hacıqabulda düşəcəkmiş. Ondan sonra da sürücüər-arvadı gətirdi, makleri yerə düşürüb əri arvadının qucağında oturtdu, Davudu da gücü gəldikcə itələyib, qapını zola bağladı. Kişinin arvadının qucağında oturduğu barədə dediyim şişirtmə deyil, qadın ən azından 120 kilo vardı, kişi isə onun yarısı qədər. Hacıqabula kimi bu vəziyyətdəgəldi, ayaqları da maklerin dizlərinin üstündə. Heç kim vəziyyətindən narazılıq etmirdi, təkcərazı görünməyən mən idim. İçəridə “tıxac” yaratmışdılar, sanki daha rayona taksi getməyəcəkdi. Əlisəfanın əlində əlacı olsaydı ayaq üstə də sərnişin aparardı. Yaxşı ki, qabaqda oturmuşdum, amma özündən cavan arvadının qucağında əyləşən Səxavətin qolları bədənindən irəli çıxıb mənə tərəf gələndə artıq etirazımı səsli bildirdim. Sürücü mənə tərs-tərs baxıb kobud cavab verdi ki, pul qazanmaqla məşğuldur, mane olmaym. Arada kiçik bir konflikt yaşandı. Əlim qeyri-ixtiyari bloknotuma uzandı, amma bilmədim Dövlət Yol Polisinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Kamran Əliyevə zəng vurum, Nəqliyyat Nazirliyinə, yoxsa onu mənə calayıb səfərimi burnumdan gətirən “market”-çilərə. “Çörəkpuluna çıxmışam”, deyə əvvəlki dikbaşlığını yazıqlanmağı əvəz elədi. Fikrimdən daşındım. Sonuncu sərnişin Sərvət yaman zəvzək çıxdı, yol boyu heç susmadı, elə hey nədənsə danışır, dil qəfəsə qoymurdu. Telefonuna da xeyli zənglər gəlirdi, elə bil adam böyük bir obyektin rəisi idi. Sonradan özü dedi ki, paytaxta ətlik heyvan daşımaqla məşğuldur. 11 il həbsxanada yatıbmış, səbəbi ilə maraqlanmadım.Sürücü artıq “payını” almışdı, mənimlə konflikt istəmirdi, arada Sərvətə dönüb arxaya çəkilməyinə işarə etdi ki, çaşıb mənə toxunmasın. Onu da canının dərdindən edirdi ki, problem yaratmayım, yoxsa tərbiyəsindən irəli gələn bir davranış deyildi. Yol boyu heç maşını saxlayan da olmadı, keçən dəfə Bərdəyə gələndə yol polisi məni iki dəfə boş yerə durdurmuşdu. İndi bir ins-cins saxladıb soruşmadı ki, bu qədər adamı niyə balaca bir maşına doldurmusan? Sərvət də deyirdi ki, “polis bizi saxlasaydı, bir az zarafat edərdik”. Əlbəttə bu sözü bir qədər dəyişirəm, çünki o daha kobud ifadə eləmişdi. Dedim, “polis maşını saxlatsa, özü sizinlə yaxşı “zarafat” edər”.
Sərvət elə hey “Hacıqabula çatmırıq”, deyə baş-beynimizi apardı. Onun altında əzilən arvadı isə şikayətlənməyə başlamışdı. Hacıqabulda qadın maşından, Sərvət də arvadının dizinin üstündən düşdü. Yeri bir az genişlənsə də yenə səsini kəsmir, danışmağa mövzu tapırdı. O da susanda telefonu susmurdu, götürüb özünün çapında bir-iki söyüş yağdırırdı. Arada senzursuz danışmağına irad tutdum, amma sürücünün eyninə deyildi, sanki sərnişinin rahat yolçuluğuna məsuliyyəti o daşımırdı. Musiqiyə səs verib, Sərvətin səsini batırmaqla “vəzifəsi”ni yerinə yetirmiş hesab edirdi. “Musiqi” də deyirəm, əslində deyildi, özünün zövqündəçıxarılan səslərə qulaq asırdı. Mən səsi azaldanda, o, artırırdı, deyirdim, “səs başıma düşür”, deyirdi, “neyniyim, arxadakının səsi gəlir”. Bərdəyə qədər, türklər demiş, mənimlə uğraşdı. Yüksək səs də Sərvətin çox danışmağı ilə baş edə bilmirdi. 4 saat ərzində qulağım 120-150, bəlkə də daha artıqdesibel səs-küyətab gətirdi.
Sürücü Bakıdan çıxandan nə ki qanun-qayda var hamısını pozdu. Əvvəla qanunsuz sahibkarlıqla məşğuldur, amma nə vergi ödənişi edir, nə sosial fonda verir, nə də nəqliyyat departamenti ilə resmi hesablaşır, necə deyərlər “öz əli, öz başıdır”. Taksi fəaliyyəti ilə məşğul olmaq üçün ilk növbədə vergi ödəyicisinin eyniləşmə nömrəsi alınmalıdır.Vergi Məcəlləsinin 220.5-ci maddəsində göstərilir ki, taksi ilə sərnişin daşınması üçün sadələşmiş verginin aylıq vergi məbləği 9 manatdır. Bundan əlavə də 226.6-cı maddəsinə görə Bakı şəhərində və Bakı şəhəri ilə ölkənin digər yaşayış məntəqələri arasında sərnişin daşınmasıüçün onun 2 misli qədər, yəni 18 manat ödənir. Adam məni Bakıdan Bakıya da 15 manata gətirdi, Bakıdan Bərdəyə də.Yəni, həm regionda taksi fəaliyyəti ilə məşğuldur, həm də paytaxtda, Deməli iki misli qədər vergi verməlidir və mən mütləq bunun “qayğısına” qalacam. Hesablamama görə Əlisəfanın ayda 2000-2400 manat arası qazancı olur, amma o gəlirini dövlətlə paylaşmaq istəmir.
Taksi fəaliyyəti üçün Nəqliyyat Nazirliyindən də 5 illik lisenziya alınmalıdır ki, onun qiyməti 150 manatdır. Bundan başqa, sedan tipli avtomobil 5 nəfər üçün nəzərdə tutulub, amma sürücü 6 nəfəri oraya “sığdırmışdı”. Mən indi Əlisəfadan qanunsuz sahibkarlıq fəaliyyəti ilə bağlı Vergilər Nazirliyinə, Sosial Fonda, lisenziyasız işlədiyinə görə Nəqliyyat Nazirliyinə, sərnişindaşımada yol verdiyi qayda pozuntusuna görə yol polisinə, müştəriyə aşağı xidmətə görə İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə, qulağımı səs-küylə çirkləndirdiyinə görə Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzi və Ekologiya Nazirliyinə, asayişimi pozduğuna görə də Daxili İşlər Nazirliyinə şikayət etməliyəm. Hələ pozduğu yol qaydalarından danışmıram, radarlarda sürəti azaldır, radarı keçən kimi artırırdı. Üstəlik maşında siqaret çəkir, sükan arxasında istədiyi qədər telefonla danışır, həyatımı təhlükəyə atırdı.
Yolda çay fasiləsi oldu. Bizdən 4 saatın içində ən az 80 manat qazanan sürücünün cibindən 1 manat çaypulu çıxmadı, onu Sərvət verdi. Mən payıma düşən 20 qəpiyi təbii ki, ona qaytardım, makler də mənə baxıb “borcu”nu artıqlamasıyla verdi. Yevlaxda makler düşdü, Bərdəyə çatanda utana-utana “borcum nə qədərdir”, deyə soruşdum. Bakıdan çıxanda məndən başqa iki nəfər götürəcəyini demiş, ona uyğun olaraq yolpulu danışmışdıq. 3 nəfər olanda sərnişinlər 12 manat ödəyir, amma 4 nəfər götürdüyündən qiymət daha da aşağı olmalıydı. Adam utanmadan “danışdığımız kimi, 30 manat”, dedi. Sakitcə pulu ona uzatdım, amma maşına artıq adam götürdüyünü ona xatırlatdım. Dedi, siz qabaqda oturmusuz, rahat gəlmisiz-filan. Əlbəttə, rahat gəlməmişdim, çeşidli səslərin beynimdə hələ də uğultusu vardı. Şəhər dəməni qaranlıq küçələrlə qarşıladı. Sadəcə mərkəzə girəndə bəzi yerlərdə işıqlar yanırdı, qalan küçələrə dükan-mağazalar işıq “verirdi”. Halbuki, Bərdəyə ayrılan vəsaitlərdən işıq dirəklərinin alınması, quraşdırılmasına kağız üzərində xeyli pul xərclənib. Rayona 5 ildə ayrılan vəsaitlərə nəzər salanda xərclənən pulların ilbəil necə artdığını görəcəksiniz.
Satınalmalar üzrə Dövlət Agentliyinin web-saytındakı baza məlumatlarına əsasən 2010-cu ildə Bərdə rayon İcra Hakimiyyəti 858451 manatı tender yolu ilə xərcləyib. İl ərzində rayon İH 16930 manatlıq ərzaq məhsullarını “Bərdə Satış Bazası” MMC-dən alıb. Şəhər küçələrinin asfaltlanması 385000 manata “Venera-7″ MMC-dən satın alınıb. Birdən-birəİH-dən bu qədər vəsait qəbul edən MMC-nin həmin il vəsonrakı illər başqa heç bir təşkilat və ya şirkətdən sifarişi olmayıb. Bərdə şəhər küçələrinin abadlaşması işləri də 277000 manata “Mars-62-63″ MMC-yə həvalə olunub. Bu şirkətin də digəri kimiheç bir dəftərdə adı yoxdur. İH 662 min manatı tanınmayan iki şirkətdə “əridib”. Venera, Mars adlarından göründüyü kimi bir mənbədən idarə olunur. İl ərzində kanalizasiya luykları da “Bərdə rayon 5 sayli TTİ”-dən 70954 manata alınıb. 11564 manatlıq abadlıq işləri “Bərdə Uğurlu İnşaat” MMC, 39100 manatlıq abadlıq işləri də”Nicat-7″ MMC-yə həvalə olunub. Bərdə İH-in binasının əsaslı təmirini 23606 manata “Satış Bazası” MMC, binanın həmin il təkrar cari təmirini 35820 manata “Uğurlu İnşaat” MMC-yə veriblər. Nə qədər ziddiyyətli olsa da əsaslı təmir 23606 manata, cari təmir 35820 manata başa gəlib. Yolların təmiri də10041 manata “Uğurlu İnşaat”a həvalə olunub.
Rayona təkcə İH-in xətti ilə pullar ayrılmır. Həmin il Səhiyyə Nazirliyi Bərdə Doğum evində təmir, abadlıq işləri dəfələrlə aparılıb, avadanlıq və inventar təkrar-təkrar alınıb və bu işlərə üst-üstə 2682903 manat vəsait sərf olunub. Bir dəfə doğum evinin təmiri, avadanlıq və inventarla təhciz olunması üçün “Araş Medikal” MMC-yə 591279 manat verilib, sonra təkrar eyni məqsədlərlə “Fərid-İnşaat” firmasına 2030000 manat ödənib. Təhsil Nazirliyi də rayonun təhsil ocaqlarına 2571529 manat “yatırıb”, həmin il rayonda 220 şagirdlik iki məktəb də tikilib. Meliorasiya və su Təsərrüfatı ASC Bərdə rayonu üzrə165940 manat xərcləyib. “Aqrolizinq” ASC Bərdə rayonunda tikiləcək regional logistik gübrə anbarının tikinti işləri üçün “Xəzər Sənaye İnşaat” MMC-yə 2469005 manat, Mədəniyyət və Turizm Nazirliyi Bərdəşəhərində tarixi türbənin konservasiya və bərpası üçün nazirliyin Elmi-Tədqiqat İnstitutuna 37010 manat köçürüb (bizimyol.info).
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024