Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (20-08-2015, 19:25)
Azərbaycan Dubayda yaşayan insan alverçisini axtarışa verdi

3 dil bilən Sevinc Xəlilova Birləşmiş Ərəb Əmirliklərində yaşayır 

Azərbaycan insan alverində təqsirləndirilən qadını beynəlxalq axtarışa verib. Mediatv.az İnterpol-a istinadən xəbər verir ki, axtarışa verilən Sevinc Xəlilovanın 50 yaşı var. O, Azərbaycan dili ilə yanaşı rus və ərəb dilini də mükəmməl bilir. Sevinc Xəlilovanın gözləri qəhvəyi rəngdədir, boyu isə 1 metr 58 santimetrdir.

 

Qeyd edək ki, bir müddət əvvəl Azərbaycanın hüquq mühafizə orqanları insan alverində şübhəli bilinən Qafur Bağırov adlı şəxsi yaxalamışdı. O, istintaqa ifadəsində azərbaycanlı qadınları fahişəliyə cəlb etmək məqsədi ilə Dubaya apardığını etiraf etmişdi və Dubayda bu işlərə Sevinc Xəlilovanın rəhbərlik etdiyini demişdi.

 

İnsan alverinin qurbanı olmuş qadınlar isə S.Xəlilova və ətrafındakı şəxslər tərəfindən Birləşmiş Ərəb Əmirliklərində fahişəliyə məcbur edildiklərini, sənədlərinin onlar tərəfindən gizlədilməsini və zorakılığa məruz qaldıqlarını bildiriblər.

 

O da bildirilir ki, S.Xəlilova daimi olaraq Dubayda yaşayır və Azərbaycana gəlmir.

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
27 07 2025
27 07 2025
27 07 2025
27 07 2025
27 07 2025
27 07 2025
27 07 2025
27 07 2025
26 07 2025
26 07 2025
26 07 2025
26 07 2025
26 07 2025
26 07 2025
26 07 2025
26 07 2025
26 07 2025
26 07 2025
25 07 2025
25 07 2025
25 07 2025
25 07 2025
25 07 2025
25 07 2025
25 07 2025
25 07 2025
25 07 2025
25 07 2025
25 07 2025
25 07 2025