Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (12-08-2015, 13:33)
Uşaq ana ocağında yandı, pulsuzluq isə ailəni odlayır - YENİLƏNİB - FOTO

Uşaq ana ocağında yandı, pulsuzluq isə ailəni odlayır - YENİLƏNİB - FOTO

12:28

Xəstəxananın baş həkiminin müavini Mahirə Quliyeva Milli.Az-a zəng edərək Orxan Ələsgərovla bağlı məsələni işıqlandırdığımıza görə ittiham etdi. Uşağın vəziyyətinin nörmal olduğuna, valideynlərinin şikayətçi olmadığına inandırmağa çalışdı.

Müavinin sözlərinə görə, Bakıdan xəstə üçün mütəxəssis çağırılıb. Lakin valideynlər Bakıya aparılmasına etiraz ediblər. Səbəb kimi isə ciblərində pulun, Bakıda isə qalmağa yerlərinin olmamasını göstəriblər.
M.Quliyeva əlavə etdi ki, xəstədə bədənin 25 faiz hissəsi yanıb. Xəstəxananın travmotoloqları yanan uşaq üçün əllərindən gələni edirlər. 

---------

12:02

Bir neçə gün əvvəl tonqalda od tutub yanan uşaq ağır vəziyyətdədir. Milli.Az xəbər verir ki, avqustun 2-də Tovuz rayonunun Aşağı Quşçu kəndində yaşayan 12 yaşlı Orxan Ələsgərovehtiyatsızlıqdan ağır yanıq xəsarətləri alıb. Anası evdə təmizlik işləri aparıb və köhnə paltarları toplayaraq həyətdə yandırıb. Bu zaman Orxan anasının yandırdığı ocağa yıxılıb. Əynində sintetik paltar olduğundan dərhal alışıb və özünü yaxınlıqdakı su arxına atıb. Bütün bədəni yanan Orxan ağır vəziyyətdə Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hazırda vəziyyəti ağırdır. 

Onun qonşuları Milli.Az-a müraciət edərək Orxana köməklik edilməsini xahiş edirlər. Xəstəxanada yanıq şöbəsi olmadığından uşağın valideynlərinin gözləri qarşısında üzülüb getdiyini deyirlər. Artıq yarası iylənib. İmkansızlıqdan valideynləri övladlarını Bakıya gətirə bilmirlər. Xəstəxanada isə ancaq revanolla müalicə etmək istəsələr də, ağır yanıq yarasına təsiri yoxdur.  

Tovuz Rayon Mərkəzi Xəstəxananın baş həkimi Paşa Muradov Milli.Az-a açıqlamasında bildirdi ki, onun rəhbərlik etdiyi müəssisədə yanıq şöbəsi yoxdur. Zərurət olarsa, Bakıdan mütəxəssis çağırılır və xəstə ixtisaslaşmış xəstəxanalara köçürülür. 
Baş həkimin sözlərinə görə, yanan uşağın valideynləri ona müraciət etsinlər. Məsələni diqqətdə saxlayacağıq. 

 

 

шаблоны для dle 11.2

Xəbər lenti
8 05 2025
8 05 2025
8 05 2025
8 05 2025
8 05 2025
8 05 2025
8 05 2025
8 05 2025
8 05 2025
8 05 2025
8 05 2025
8 05 2025
8 05 2025
8 05 2025
8 05 2025
8 05 2025
8 05 2025
8 05 2025
7 05 2025
7 05 2025
7 05 2025
7 05 2025
7 05 2025
7 05 2025
7 05 2025
7 05 2025
7 05 2025
7 05 2025
7 05 2025
7 05 2025