Sosial (5-08-2015, 16:24)
Bu kürd deputatın toxunulmazlıq statusu ləğv olunacaq
Türkiyədə prokurorluq PKK terror təşkilatının siyasi qolu olan Xalqların Demokratik Partiyasının (HDP) həmsədri, millət vəkili Figən Yüksəkdağ haqqında araşdırmaları başa çatdırıb.
APA-nın məlumatına görə, Şanlıurfa Cümhuriyyət Baş Prokurorluğu millət vəkilinin terror təşkilatının təbliğatını apardığını sübuta yetirib. Baş Prokurorluq millət vəkilinin toxunulmazlığının qaldırılması ilə bağlı Türkiyə Böyük Millət Məclisinə müraciət edib.
Qeyd edək ki, Fifən Yüksəkdağ iyulun 19-da Suruç rayonunda çıxışı zamanı “Kürəyimizi YPJ, YPG və PYD (PKK-nın silahlı qolları – red.) söykəyirik. Bunu söyləməkdən narahat deyilik” deyə bildirib.
Xatırladaq ki, HDP-nin digər həmsədri Səlahəddin Dəmirtaşla bağlı da araşdırma aparır. Onun ötən ilin oktyabrında ölkəni bürümüş kütləvi etiraz aksiyaları ilə əlaqəsinin olub-olmadığı araşdırılır.
