Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (3-04-2015, 22:25)
15-dək «MilliÖn» terminalından pul oğurlanıb - Ülviyyə Əfəndiyeva

Ülviyyə Əfəndiyeva: “Ödəniş köşklərinə saxta əsginasların daxil edilməsinin qarşısını alan proqramlar yenilənib”

Bakının Yasamal və Nəsimi rayonlarında bir gecədə 15-dən çox «Milli Ön» terminalından soyğunçuluq hadisəsi baş verilib. Belə ki, «MilliÖn» məntəqələrinə hücum edən cinayətkarlar bu aparatları yararsız vəziyyətə salaraq külli miqdarda pul oğurlayıb. Yayıaln məlumata görə, artıq hadisə ilə bağlı Yasamal və Nəsimi rayon polis idarələrində əməliyyat-istintaq qrupu yaradılıb, cinayəti törədənlərin axtarışı davam etdirilir.

«MilliÖn» ödəniş sisteminin sahibi olan «KomTek Ltd» paypoint aparatlarının quraşdırılması firması ictimai əlaqələr və korporativ vasitələr qrupunun rəhbəri Ülviyyə Əfəndiyeva «Həftə içi»nin sorğusuna cavab olaraq bildirib ki, yayılan informasiya həqiqəti tam əks etdirmir. Onun dediyinə görə, 2013-cü ildən bəri respublika üzrə 15-dək «MilliÖn»də oğurluq hadisəsi baş verib ki, bunun da yalnız 1-i bu ilin payına düşür. Həmin adisə isə yanvarın 31-də Xudat şəhərində Abdullayev Nəriman Mustafa oğluna məxsus mağazada baş verib: “Amma bəzi KİV-lər indiyədək baş vermiş 15 oğurluq hadisəsinin hamısının guya bir gecədə baş verdiyini yazıb. Bu isə cəmiyyətdə çaşqınlıq yaradılıb».

Ülviyyə Əfəndiyeva vurğulayır ki, «MilliÖn» aparatlarının oğurlanması barədə yazılan məlumatlar da yanlışdır: «Əgər kimsə oğurluq etmək istəyirsə, aparatın içindəki pulu oğurlayar. «MilliÖn» ödəmə qurğusu çox ağırdır, onu götürüb harasa aparmaq üçün vaxt tələb edir. Aparat kimin nəyinə lazımdır ki, onu oğurlasınlar. Düzdür, oğrular ödəmə qurğusunun içindəki pulu oğurlamaq üçün aparatın müəyyən hissələrini sındırırlar. Bəzi KİV nümayəndələri isə bizimlə məlumatları dəqiqləşdirmədən və «MilliÖn» ödəmə qurğusunun iş prinsipini bilmədən öz bildiklərini yazırlar».

Ödəmə qurğularının müşahidə kameraları yoxdur

Qeyd edək ki, ayrı-ayrı banklar tərəfindən quraşdırılmış ödəmə köşklərində xüsusi müşahidə kameraları quraşdırılıb. Üstəlik, sözügedən aparatlar daha çox təhlükəsizlik və müşahidə kameralarının yerləşdirildiyi küçə və prospektlərdə, həmçinin müxtəlif obyektlərin daxilində və qarşılarında quraşdırılıb. Bu səbəbdən həmin ödəmə qurğularından oğurluq etmək və ya digər saxta əməliyyatlar həyata keçirmək asan deyil. Ancaq belə hallarda oğrular «MilliÖn» aparatlarının enerji blokunu ayırır ki, bu da soyğunçuların yaxalanmamasına gətirib çıxarır. Məsələn, Xudatda mağazada yerləşən «MilliÖn» aparatından oğurluq etmək istəyənlər əvvəlcə elektrik enerjisi ilə təchizatını dayandırıblar ki, kameralar onları çəkməsinlər. Sonra isə fəaliyyəti dayanmış ödəmə qurğusunun pul qəbul edən kassanı sındıraraq oradan 2 min manat oğurlayıblar.

Ülviyyə Əfəndiyeva qeyd edib ki, «KomTekLtd» firmasının respublika üzrə 5 000-dək aparatı var. Lakin onların heç birində müşahidə kameraları yoxdur: «Biz kameraların quraşdırılmadığı yerlərdə belə aparatlar quraşdırmaq məcburiyyətindəyik. Ancaq kameraların olmaması bizim üçün ciddi problem yaratmır. Çünki 5 000-dək aparatımızın hamısı mərkəzi avtomatlaşdırılmış sistemə qoşulub. Biz həmin sistem vasitəsilə bütün ödəmə qurğularımızı izləyir və onların iş prinsipini gündəlik nəzarətdə saxlayırıq. Yəni hansı aparatda nə qədər pul qalıb, nə qədər pul köçürülüb – bunlardan xəbərimiz olur. Elektrik enerjisi ilə təchizat dayanan zaman bizim ödəmə qurğularımız da avtomatik olaraq sönür. Biz mərkəzi avtomatlaşdırılmış sistem vasitəsilə bunu dərhal müəyyən edirik».

Yeni proqram təminatı hazırlanıb

Son illər ödəmə qurğularına saxta əskinasların daxil edilməsi hallarına da rast gəlinir. Hətta saxta pulların bir hissəsi «Paypoint» vasitəsilə bank hesabına köçürülüür və sonradan hesabdan həqiqi əsginazlar çıxarılaraq mənimsənilir. Belə xoşagəlməz hallarla üzləşən qurumlar arasında «KomTekLtd» də var. Ülviyyə Əfəndiyeva etiraf edir ki, əvvəllər onların qurğularında belə hallar qeydə alınıb. İndi isə firma bu problemin həlli üçün profilaktiki tədbirlərə başlayıb: « Bizim şirkət ödəniş köşklərinə saxta əsginasların daxil edilməsinin qarşısını alan proqramlar yenilənib. Məqsədimiz ödəniş köşklərinin fırıldaqçılıqdan müdafiəsinin gücləndirilməsindən ibarətdir».

Yeri gəlmişkən, bəzi müştərilər «MilliÖn»ün fəaliyyətində narazılıq edirlər. Söhbət isə ödəmə zamanı xətaların baş verməsindən, ödənişdən sonra qəbzin elektron-poçt ünvanına göndərilməməsindən və digər problemlərdən gedir. Ülviyyə Əfəndiyeva deyir ki, texniki məsələlərlə əlaqədar problemlərin yaranması mümkündür. Ancaq «KomTekLtd» müştərilərə və istifadəçilərə yüksək səviyyədə xidmət göstərmək üçün onlayn proqram təminatı qurub və bununla da müştəri terminalda hər hansı bir texniki problemlə üzləşdikdə dərhal operativ şəkildə çətinlik aradan qalxacaq: «Biz istənilən malların və xidmətlərinin ödənişinin daha da rahat olması üçün daima çalışırıq. Əgər ödəniş zamanı kimsə hər hansı bir problemlə üzləşirsə, o, bizim dəstək xidmətinin mütəxəssislərinə müraciət edə bilər. Bunun üçün “*0010” nömrəli “qaynar xətt” telefonu ilə zəng vurmaq olar. Yaxud şəxsiyyət vəsiqəsi və çeklə birlikdə N.Nərimanov prospekti, 206, Capital Towers, Tower A ünvanındakı baş ofisimizə gələ bilər».

Avropa Oyunları ilə əlaqədar «MilliÖn»lərin sayının artırılıb-artırılmayacağına gəlincə, Ülviyyə Əfəndiyeva deyir ki, «KomTekLtd» Azərbaycan ödəniş sistemləri bazarında qabaqcıl mövqeni möhkəmləndirmək və özünəxidmət ödəniş terminallarının, PC kassirlərinin, POS MilliÖN terminallarının, o cümlədən operatorların və xidmətlərin sayını artırmaq niyyətindədir. Onun sözlərinə görə, Avropa Oyunları ərəfəsində də paytaxtın mərkəzi küçələrində «MilliÖn»lərin sayı artırılacaq.

Təbriz Vəfalı

 

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
2 08 2025
2 08 2025
2 08 2025
2 08 2025
2 08 2025
2 08 2025
2 08 2025
2 08 2025
2 08 2025
2 08 2025
2 08 2025
1 08 2025
1 08 2025
1 08 2025
1 08 2025
1 08 2025
1 08 2025
1 08 2025
1 08 2025
1 08 2025
1 08 2025
1 08 2025
1 08 2025
1 08 2025
1 08 2025
1 08 2025
1 08 2025
1 08 2025
1 08 2025
1 08 2025