Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (18-03-2015, 12:56)
Əhaliyə “kupça“ müjdəsi

Artıq vətəndaşlar əmlakını daha asan yolla qeydiyyata salacaq

 

 "Evi sənədləşdirmək üçün uzun bir proses tələb olunur. Mən özüm iş adamıyam və bütün günümü sənədləşdirməyə həsr edə bilmərəm. Evə "kupça" almaq üçün günlərlə vaxtım gedir". 
Bunu Ans press-in əməkdaşı ilə söhbətində paytaxt sakini Araz Məmmədov deyib. O, sənədləşmənin xeyli vaxt itkisinə gətirib çıxardığını və buna görə çətinlik çəkdiyini deyib:
"Sənədləşmə üçün gərək mən bütün işimi-gücüm atam və düşəm küçələrə. Çıxarış almaq üçün lazım olan sənədləri toplamaq özü bir işdir".
Artıq Arazın bu iradlarına çarə tapılır. Aidiyyatı orqanlar vaxt itkisi və uzun prosedurların qarşısını almaq üçün hərəkətə keçib. 
Belə ki, Əmlak Məsələləri Dövlət Komitəsi vətəndaşların çətinliklərini nəzərə alaraq yeni xidmətlər istifadəyə verib. Bu yeni xidmətlər həm daşınmaz əmlakın qeydiyyatı, həm də dövlət əmlakının idarə olunması, özəlləşdirilməsi və icarəsi sahələrini əhatə edir.
Komitə elektron və onlayn xidmətlərlə yanaşı, SMS xidmətləri də vətəndaşların istifadəsinə verib. Komitə istifadəyə verdiyi 31 elektron xidmətin 3-nü, eyni zamanda, SMS vasitəsilə ilə də göstərir. Bu xidmətlərə daşınmaz əmlakın qeydiyyatı ilə bağlı müraciət üzrə xidmət haqqının öyrənilməsi, daşınmaz əmlakın qeydiyyatı ilə bağlı müraciətin icra vəziyyətinin öyrənilməsi və dövlət əmlakının icarəyə verilməsi müqavilələri üzrə icarə haqqı borcunun öyrənilməsi aiddir.
Belə ki, mobil telefonlardan 9193 nömrəsinə SMS göndərməklə müvafiq məlumatlar əldə olunur. 
Məlumdur ki, daşınmaz əmlakın qeydiyyatı üçün müraciət edilərkən dövlət rüsumu ödənilir və bu rüsum dəyişməzdir. Lakin müraciət üzrə xidmət haqqı isə göstərilən xidmətin həcmindən asılı olduğu üçün icra prosesində müəyyən olunur. İcranın nəticəsi olaraq sənədlərin əldə edilməsi zamanı xidmət haqqının ödənilməsi tələb edilir. Əvvəllər xidmət haqqı barədə məlumat yalnız hazır sənəd vətəndaşa təqdim olunanda məlum olurdu. Xidmət haqqının öyrənilməsi üçün SMS xidmətin istifadəyə verilməsindən sonra isə bu məlumat artıq qeydiyyat idarəsinə gəlmədən SMS vasitəsilə əldə olunur. Vətəndaş müraciət nömrəsini SMS-lə 9193-ə göndərməklə xidmət haqqının məbləğini öyrənir. Həmin xidmət haqqı müvafiq banka ödənildikdən sonra qeydiyyat sənədi vətəndaşa təqdim olunur. Eyni zamanda, xidmət haqqını ərazi qeydiyyat idarələrinin özündə ödəmək üçün burada ödəmə məntəqələri (“PayPoint”) də quraşdırılıb.
Digər SMS xidmət daşınmaz əmlakın qeydiyyatı üçün müraciətin icra vəziyyətinin öyrənilməsinə aiddir. Vətəndaş müraciət nömrəsini 9193-ə göndərməklə müraciətin icra vəziyyəti barədə dərhal məlumat əldə edə bilir. Bu SMS-də daşınmaz əmlakın qeydiyyatı ilə bağlı müvafiq sənədin hazır olma tarixi göstərilir.
Qeyd olunduğu kimi, komitə dövlət əmlakının icarəsi ilə bağlı da SMS xidmət istifadəyə verib. Bu xidmət dövlət əmlakının icarəyə verilməsi haqqında bağlanmış müqavilələr üzrə icarə haqqı borcunu öyrənmək imkanı yaradıb. 
Belə ki, hüquqi və fiziki şəxslər icarə müqaviləsi kodunu SMS-lə 9193-ə göndərərək cari borcu barədə məlumat ala bilir. Eyni zamanda, komitə tərəfindən bütün icarəçilərə (dövlət əmlakını icarəyə götürmüş şəxslər) ayda bir dəfə icarə borcu barədə SMS məlumat göndərilir.
Komitənin SMS xidmətlərindən istifadə üçün hər hansı qeydiyyatdan keçməyə ehtiyac yoxdur və elektron imza tələb olunmur.
Xatırladaq ki, hər 3 SMS xidmət, eyni zamanda, komitənin elektron xidmətlər portalında informativ xidmət kimi vətəndaşların istifadəsindədir.
Qeyd edək ki, hazırda komitənin fəaliyyət sahələri üzrə 31 elektron xidmət vətəndaşların istifadəsindədir. Bu xidmətlərdən 2-si bu ilin əvvəlində istifadəyə verilib. Bunlara “Kiçik dövlət müəssisələrinin (obyektlərinin) əmək kollektivi üzvlərinə güzəştli satışı” və “İxtisaslaşdırılmış pul hərraclarında sifarişlərin və sənədlərin elektron qəbulu” aiddir. Bu il yeni elektron xidmətləri istifadəyə verməkdə məqsəd özəlləşdirmə prosesində elektron hərracların tətbiqini genişləndirməkdir. 31 elektron xidmətdən 21-i daşınmaz əmlakın qeydiyyatı, 10-u isə dövlət əmlakının özəlləşdirilməsi, idarə edilməsi və icarəsi ilə bağlıdır. İndiyədək elektron xidmətlər vasitəsilə 179 min müraciət qəbul edilib.
шаблоны для dle 11.2

Xəbər lenti
23 04 2025
23 04 2025
23 04 2025
23 04 2025
23 04 2025
23 04 2025
23 04 2025
23 04 2025
23 04 2025
23 04 2025
23 04 2025
23 04 2025
23 04 2025
23 04 2025
23 04 2025
23 04 2025
23 04 2025
23 04 2025
23 04 2025
23 04 2025
23 04 2025
23 04 2025
23 04 2025
23 04 2025
23 04 2025
23 04 2025
22 04 2025
22 04 2025
22 04 2025
22 04 2025