Sosial (4-01-2025, 09:51)
Keçmiş deputatdan rektora ATMACA... - "Şəkildən də görəcəksiniz ki..."
Harvard Universitetinin prezidenti Klodin Heyə
Massaçusetst Texnologiya İnstitutunun prezidenti Rafael Reyfə
Stenford Universitetinin prezidenti Mark Tesse-Lavinə
Yel Universitetinin prezidenti Piter Saloveyə
MÜRACİƏT
HÖRMƏTLİ UNİVERSİTET PREZİDENTLƏRİ!
Mən Azərbaycanda elmin populyarlaşdırılması işi ilə məşğulam. Nəzərinizə çatdırıram ki, sizlərin rəhbərlik etdyi universitetlərdə çalışan Nobel mükafatı laureatları və digər tanınmış alimlərin yazdığı kitabaların Azərbaycanda təqdimatını aparıram. Bu mənada sizləri özümə yaxın bilirəm və bir məsələni diqqətinizə çatdırmaq istəyirəm.
Bizdə bütün dünyada analoqu olmayan bir "trend" mövcuddur. Hansısa bir sayt "İlin yaxşı rektoru"nu elan edir. Və buna da inanmağa başlayırlar.
2024-cü ildə "yaxşı rektor" kimi 1919-cu ildə əsası qoyulmuş Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev bu ada layiq görülüb. Sizlərdən xahiş edirəm ki, bu şəxsi rəhbərlik etdiyiniz Universitetlərə fəxri professor seçəsiniz. Sizin bu addımınız mənim də bitirdiyim Ali məktəbdə kreativliyin inkişafı üçün böyük töhfələr verə bilər.
E. Babayev alimlərə bütün elmi istiqamətlər üzrə elmmetrik bazalarda (Scopus və WoS) məqalə çap elətdirmək, legioner alimlərlə necə işləmək və beynəlxalq reytinqlərdə necə yaxşı yer tutmağın sirlərini çox gözəl bilir. Onu universitelərinizə master klass keçməyə dəvət etsəniz uduzmazsınız. Onun hər rektorda olmayan bacarığından bəhrələnməyiniz həm də sizin rəqabət aparmaq keyfiyyətinizi yüksəldə bilər. Elçin Babayev ixtisasca astrofizikdir və gecələr ulduzları seyr etməyi çox sevir. Teleskopların verdiyi nəticələrə çox vaxt şübhə ilə yanaşır. Şəkildən də görəcəksiniz ki, 60 yaşlı rektorun cavan, gülərüz və gümrah qalmasının səbəblərindən biri astrologiya elmidir.
Nəzərə almağınızı xahiş edirəm…
Dərin hörmətlə; fəlsəfə üzrə fəlsəfə doktoru Etibar Əliyev
"DİA-AZ"
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
6 01 2025
6 01 2025
6 01 2025
6 01 2025
6 01 2025
6 01 2025
6 01 2025
6 01 2025
6 01 2025
6 01 2025
6 01 2025
6 01 2025
6 01 2025
6 01 2025
6 01 2025
6 01 2025
6 01 2025
6 01 2025
5 01 2025
5 01 2025
5 01 2025
5 01 2025
5 01 2025
5 01 2025
5 01 2025
5 01 2025
5 01 2025
5 01 2025
5 01 2025
5 01 2025