Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (29-12-2024, 13:53)
KƏRƏ YAĞI MAFİYASI İŞ BAŞINDA: yeni bahalaşma dalğası... - BELƏ DAVAM EDƏRSƏ...

KƏRƏ YAĞI MAFİYASI İŞ BAŞINDA: yeni bahalaşma dalğası...
Azərbaycana xaricdən idxal edilən kərə yağlarının qiyməti kəskin bahalaşıb. Alıcılar Sputnik Azərbaycan-a bildiriblər ki, 19 manata olan kərə yağlarının qiyməti 22-23 manata çatıb. Ölkədə istehsal edilən kərə yağlarının qiyməti isə endirimə düşüb.
Bunu Sputnik Azərbaycan-a satıcılar da təsdiqləyib. İri supermarketlərdə satıcılar ölkəmizə idxal olunan kərə yağlarının qiymətinin son bir həftədir ki, üç-dörd manat civarında bahalaşdığını bildiriblər.

"Məsələn, Belarusiya istehsalı olan kərə yağlarının bir kiloqramı 20 manat idi. İndi həmin yağlar 22-23 manatdır. "Korovuşka" kərə yağı 20 manata satılırdı. Hazırda qiyməti 22 manatdır. Hətta xaricdən gətirilib ölkəmizdə qablaşdırılan kərə yağları da bahalaşıb. "West Gold"kərə yağının qiyməti 24 manat olub. "Golden Grown"kərə yağları 23 manata qədər bahalaşıb", deyə satıcılar bildirib.

Bəzi mağazalarda isə yeni il qabağı ölkədə istehsal olunan və qablaşdırılan kərə yağlarının qiymətinə endirimlər tətbiq edilib. Satıcılar bayramdan sonra endirimlərin başa çatacağını, kərə yağlarının endirimsiz qiymətə satışa çıxardılacağını söyləyiblər.
Qeyd edək ki, bir neçə ay öncə satışda ən baha kərə yağı 25 manat idisə, hazırda bu qiymət 28-30 manatdır.
İqtisadçı Natiq Cəfərli Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Azərbaycanda yerli yağ istehsalı ümumi tələbatın 10-15 faizini ödəmir. Yerli markalar adı altında satılan yağların çoxu da xaricdən gətirilərək ölkədə qablaşdırılır.
"Dünyada da kərə yağının qiymətində artım var. İdxaldan asılılıq mütəmadi olaraq kərə yağının qiymətində bahalaşma ilə müşahidə olunur" - iqtisadçı deyib.
Ekspert çıxış yolunun ancaq xaricdən yağ istehsalında asılılığı aradan qaldırmaq olduğunu söyləyib.

Kərə yağının ölkədəki əsas idxalçıları isə Sputnik Azərbaycan-a yağın bahalaşmasını idxal prosesinin "əl dəyişdirməsi" ilə əlaqələndiriblər. Bildiriblər ki, onların ölkəyə kərə yağı idxalı məhdudlaşdırılıb. Bazarın yeni iştirakçısı isə kərə yağını süni şəkildə bahalaşdırıb.
Qeyd edək ki, 2024-cü ilin yanvar-sentyabr aylarında Azərbaycana 123 milyon 972 min ABŞ dolları dəyərində 22 min 204 ton kərə yağı idxal edilib. Dövlət Gömrük Komitəsinin hesabatı əsasında aparılan hesablamalara görə, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə dəyər baxımından 84.5% və ya 56 milyon 779 min ABŞ dolları, həcm baxımından isə 84.3% və ya 10 min 155 ton artıb. Belə ki, 2023-cü ilin ilk 9 ayında Azərbaycana 67 milyon 193 min ABŞ dolları dəyərində 12 min 49 ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal edilib. Dövlət Statistika Komitəsinin hesabatına əsasən isə bu ilin yanvar-sentyabr aylarında ölkədə 22 min 345 ton kərə yağı istehsal edilib. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 10.5% çoxdur. Beləliklə hesabat dövründə Azərbaycanda kərə yağı istehsalı idxaldan 141 ton çox olub.
Qeyd edək ki, bu dövrdə Azərbaycanda idxal kərə yağının orta satış qiyməti 20.90 manat, yerli kərə yağının orta satış qiyməti isə 19.71 manat təşkil edib.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
1 01 2025
1 01 2025
1 01 2025
1 01 2025
1 01 2025
1 01 2025
1 01 2025
1 01 2025
31 12 2024
31 12 2024
31 12 2024
31 12 2024
31 12 2024
31 12 2024
31 12 2024
31 12 2024
30 12 2024
30 12 2024
30 12 2024
30 12 2024
30 12 2024
30 12 2024
30 12 2024
30 12 2024
30 12 2024
30 12 2024
30 12 2024
30 12 2024
30 12 2024
30 12 2024