Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (Dünən, 12:08)
“Azərbaycan Çeçenistandan heç bir yardım qəbul etmək niyyətində deyil”

azerbaycan-cecenistandan-hec-bir-yardim-qebul-etmek-niyyetinde-deyil


“Qafqazinfo”nun Day.Az-a istinadən xəbərinə görə, Azərbaycan Prezident Administrasiyasından bildirilib ki, ölkənin heç bir köməyə ehtiyacı yoxdur və belə bir köməyi qəbul etməyəcək.

“Azərbaycanın heç bir köməyə ehtiyacı yoxdur. Nə dövlət, nə də vətəndaşlar belə yardımı qəbul edəcəklər. Biz vətəndaşlarımıza lazımi yardımları göstəririk və göstərəcəyik. Azərbaycan faktın qəbul edilməsini, üzr istənilməsini və müvafiq təzminatın ödənilməsini tələb edir”, - deyə bildirilib.

Qeyd edək ki, dekabrın 25-i Bakı-Qroznı marşrutu üzrə uçan “Embraer 190” sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədə qəzaya uğrayıb.

Təyyarənin göyərtəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub.

Hər iki pilot da daxil olmaqla 3 ekipaj üzvü həlak olub, iki ekipaj üzvü isə sağ qalıb.

26 dekabr tarixində Azərbaycana 14 yaralı və 4 nəfərin cənazəsi gətirilib.

Təyyarənin “qara qutu”su artıq aşkar edilib və onun beynəlxalq aviasiya konvensiyalarına uyğun olaraq təhlili üçün prosedurlar aparılır. Hazırda qəzanın səbəbləri araşdırılır. Bütün zəruri tədqiqatlar və məlumatların təhlili başa çatdıqdan sonra yekun nəticələr açıqlanacaq.


шаблоны для dle 11.2

Xəbər lenti
27 12 2024
27 12 2024
27 12 2024
27 12 2024
27 12 2024
27 12 2024
27 12 2024
27 12 2024
27 12 2024
27 12 2024
27 12 2024
27 12 2024
27 12 2024
27 12 2024
27 12 2024
27 12 2024
27 12 2024
27 12 2024
27 12 2024
27 12 2024
27 12 2024
27 12 2024
27 12 2024
27 12 2024
27 12 2024
27 12 2024
27 12 2024
27 12 2024
27 12 2024
27 12 2024