Sosial / Slayd (2-03-2015, 14:50)
Nazir: “Bir müəllimə düşən şagird sayı azdır”
"Təhsil sisteminin optimallaşdırılmasına uyğun olaraq, müəllim-şagird nisbətinə diqqət yetirilməsi olduqca vacib məsələlərdəndir"
"Bu gün region ölkələri ilə müqayisədə Azərbaycanda bir müəllimə düşən şagird sayı göstəricisi daha aşağıdır. Müəllimlərin dərs yükünün müvafiq həddə çatdırılması ilə müəllim-şagird nisbəti də normal məcraya düşəcəkdir".
Mediatv.AZ-ın məlumatına görə, bunu təhsil naziri Mikayıl Cabbarovun 2014-cü ildə təhsil sahəsində görülən işlərlə bağlı yazdığı və “Azərbaycan” qəzetində işıq üzü görən hesabat xarakterli məqaləsində əksini tapıb.
Nazir bildirib ki, bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin dərs yükünün və əməkhaqqının artırılmasını prosesin ilk mərhələsi kimi səciyyələndirilə bilər. Növbəti mərhələdə isə müəllimlərin fəaliyyət keyfiyyətinə, bilik və bacarıqlarının səviyyəsinə görə diferensial əməkhaqqının müəyyənləşdirilməsi nəzərdə tutulur.
“2014-2015-ci tədris ilindən etibarən ali təhsilin bakalavriat səviyyəsində məzunun bilik, bacarıq və vərdişlərinə qoyulan kompetensiyaları özündə əks etdirən 138 ixtisas üzrə yeni nəsil təhsil proqramlarının və buna müvafiq hazırlanmış tədris planlarının tətbiqinə başlanılıb. Müəllim hazırlığı aparılan ali təhsil müəssisələrində qoşa ixtisaslar (riyaziyyat və informatika, kimya və biologiya, tarix və coğrafiya) üzrə kadr hazırlığı 5 illik tədris planları əsasında aparılır”.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024