Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (28-02-2015, 18:47)
Aydın Əliyev iş adamları ilə manatı müzakirə etdi- Foto

Aydın Əliyev iş adamları ilə manatı müzakirə etdi- Foto

 

Fevralın 28-də Dövlət Gömrük Komitəsində (DGK) iş adamları ilə görüş keçirilib. 

 

Komitənin mətbuat xidmətindən “Mediatv.az”a verilən məlumata görə, Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev iş adamları ilə görüşlərin ümumi işə faydasını, eləcə də gömrük xidməti və özəl sektor arasında işgüzar münasibətlərin dərinləşməsində yardımçı olduğunu qeyd edib. 

Komitə sədri qeyd edib ki, iş adamları ilə bugünkü görüşün dünyada baş verən maliyyə böhranı dövründə keçirilməsi təsadüfi deyil. O cümlədən, dünya bazarında neftin kəskin ucuzlaşması, eyni zamanda, Azərbaycanda milli valyutanın devalvasiyası ərəfəsində sahibkarlarla bu görüşün gerçəkləşməsi mühüm əhəmiyyət kəsb edir.

Mövcud şəraitdən yararlanmağa çalışan bəzi dırnaqarası iş adamlarının süni qiymət artımı ilə müşahidə olunan qeyri-konstruktiv fəaliyyətlərinin yolverilməz olduğunu diqqətə çatdiran Komitə sədri məhz bu amilin də əhali arasında müəyyən çaşqınlıq yaratdığını bildirib, keçirilən görüşün də əsas məqsədinin bu kimi neqativ halların aradan qaldırılması, mövcud problemlərin birgə həlli istiqamətində səylərin artırılmasına xidmət etdiyini vurğulayıb.

Sonra görüşdə çıxış edən Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev son zamanlar dünyada baş verən maliyyə böhranının Azərbaycan iqtisadiyyatına təsirinin minimuma endirilməsi ilə bağlı gömrük orqanlarının da həyata keçirdiyi kompleks tədbirlərdən ətraflı bəhs edib, o cümlədən idxal-ixrac əməliyyatları zamanı gömrük qiymətləndirilməsi ilə bağlı nəzərdə tutulan müəyyən güzəştlər barədə məlumat verib.

Görüşdə çıxış edən sahibkarlar ölkədə iqtisadi sabitliyin təmin olunması istiqamətində öhdələrinə düşən bütün vəzifələri bundan sonra da məsuliyyətlə yerinə yetirəcəklərini bildiriblər.

Sonra iş adamlarını maraqlandıran suallar ətraflı cavablandırılıb.

Görüşdə İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin rəisi Zahid İsayev də iştirak edib.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
30 07 2025
30 07 2025
30 07 2025
30 07 2025
30 07 2025
30 07 2025
30 07 2025
30 07 2025
30 07 2025
30 07 2025
30 07 2025
30 07 2025
30 07 2025
30 07 2025
30 07 2025
30 07 2025
30 07 2025
30 07 2025
30 07 2025
30 07 2025
30 07 2025
30 07 2025
30 07 2025
30 07 2025
30 07 2025
30 07 2025
29 07 2025
29 07 2025
29 07 2025
29 07 2025