Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (8-01-2015, 18:28)
Arif Hacılı müsavatçıları aldadıb?

Arif Hacılı Müsavat başqanı seçiləndən indiyədək partiya ətrafında narazılıqlar səngimək bilmir

 

Onun başqan seçilməsindən sonra Müsavat parçalanma xaosu ilə üz-üzə qaldı. 
Müsavatın Hikmət Hacızadə, Nəsib Nəsibli, Səxavət Əlisoy, Əlövsət Talışxanlı kimi tanınmış simalarının partiya sıralarından uzaqlaşması geniş müzakirələrə yol açmışdı. 
Partiyadan gedənlərin tək etirazı İsa Qəmbər və onun sevimli kadrı Arif Hacılıya yönəlmişdi. Bütün bu etirazlardan, narazılıqlardan sonra Arif Hacılı ilə bağlı daha bir ilginc məlumat yayılıb.
Müsavatdakı mənbədən azVision.az-a verilən məlumata görə, A.Hacılı bir neçə partiya üzvünə söz verərək onları Müsavatda rəhbər vəzifəyə təyin edəcəyinə əmin edib. Belə ki, A.Hacılı partiya sədri seçilmək üçün bir neçə nəfərə eyni vaxtda Məclis Sədrliyi vəzifəsini və başqan müavini vəzifəsini söz verib. Hacılının qurultaydan əvvəl verdiyi vədə əməl etməməsi partiyada etirazlara səbəb olub. 
“Arif Hacılının vəzifə söz verdiyi Müsavatçılardan biri də Sabir Məmmədlidir. Onun facebook statuslarını izləsəniz görərsiniz ki, Arif Hacılıyla bağlı mövqeyi kəskin dəyişib. Onunla görüşənə qədər Məclis sədrliyinə namizəd idi və bu görüşdən sonra partiya sədrinə düşmən kəsildi” - deyə mənbə bildirib. 
Nüşabə Sadıxlının Məclis sədrliyinə seçilməsində də A.Hacılının xüsusi “əməyi” olub. Etirazçı müsavatçılar hesab edirlər ki, N.Sadıxlının siyasi potensialı Məclis sədrliyi üçün kifayət etmir. 
Onun Məclisə sədr seçilməyi də Hacılının proseslərə müdaxilə edə bilməməsi üçün lazım idi.
Məclisə sədr seçksinə Arif Hacılının təsir etdiyini deyən mənbə vurğulayıb ki, hazırda başqanın tərəfdarları arasında da qruplaşma mövcuddur. 
“Qrup anlayışı var və bu günkü Məclisdə səs çoxluğu onun tərəfdarlarındadır. Qurultayda da, rayon təşkilat sədrlərinin yarısını da belə seçdirdir”.
Partiyanın keçmiş başqanı İsa Qəmbərin partiya daxilindəki intriqalara münasibətinə gəlincə isə onun heç bir reaksiya vermədiyi bildirilir:
“Reaksiya versəydi bu olaylar başdan olmazdı. Hamı özünün düz olduğunu və atdığı addımların da xeyirli olduğunu düşünür. İllər keçdikcə "xalqın gözü tərəzidir" ifadəsinin nə qədər doğru olduğu sübut olunur”.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024