Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (31-12-2014, 19:30)
Dilqəm Əsgərova əfv ərizəsi yazdırmaq istəyirlər

Kəlbəcərli girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevə dekabrın 29-da Xankəndidə oxunan saxta məhkəmə hökmü haqda məlumat verilib. Absurd ittihamlar əsasında Dilqəm Əsgərova ömürlük, Şahbaz Quliyevə isə 22 il azadlıqdan məhrumetmə cəzası kəsilib. Artıq onlar Şuşa türməsinə göndəriliblər. 

 

D.Əsgərovun “vəkili” Erik Beqlaryan bildirib ki, əgər müvəkkili arzu edərsə, ilkin “məhkəmə” instansiyasının qərarından apelyasiya şikayəti verilə bilər. “Bu ana kimi heç nə həll olunmayıb. Mən Əsgərovla bu barədə danışmamışam. O, həmçinin, “prezident” Bako Saakyana əfv üçün müraciət eləmək hüququna malikdir. Yeni ildən sonra bütün bunlar barədə onunla söhbət edəcəyəm. Arzulayarsa, apelyasiya məhkəməsinə müraciət edəcyəik” – deyib “vəkil”.

Göründüyü kimi, erməni tərəfi “məhkəmə prosesi”nə və qondarma “DQR”ə legitimlik donu geydirmək üçün girovumuzu separatçı rejimin başçısının adına əfv ərizəsi yazdırmaq istəyirlər. Belə bir ərizənin yazılması həm də Dilqəmə qarşı irəli sürülən ağır ittihamın qəbul edilməsi demək olardı. Ermənilərin məkrli niyyətini yəqin ki, soydaşımız da başa düşür. Hətta belə bir ərizə yazılsa belə, onun cəzası ləğv edilməyəcək, uzağı Şahbaz kimi 22 ilə endiriləcək. 

 

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024