Siyasət (22-03-2022, 13:38)
Prezident: "Vətən müharibəsi dövründə Pakistanın prinsipial mövqeyini Azərbaycan xalqı daim yüksək qiymətləndirir"

Mediatv.az xəbər verir ki, bu fikir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Pakistan İslam Respublikasının Baş naziri İmran Xana Pakistan Günü münasibətilə ünvanlandığı təbrik məktubunda yer alıb.
Məktubda qeyd olunub: “Vətən müharibəsi dövründə Pakistanın sərgilədiyi prinsipial mövqeyi, ölkəmizin haqq işinə verdiyi siyasi-mənəvi dəstəyi Azərbaycan xalqı daim yüksək qiymətləndirir. Biz işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı yenidənqurma və bərpa işlərində Pakistan şirkətlərini də görmək istərdik.
Bu gün iqtisadiyyat, ticarət, enerji, nəqliyyat, turizm, təhsil və hərbi-texniki sahələrdə Azərbaycan-Pakistan əməkdaşlıq münasibətlərinin genişləndirilməsi üçün əlverişli şərait mövcuddur. Əminəm ki, bu imkanlardan istifadə edərək dövlətlərarası münasibətlərimiz, həm ikitərəfli, həm də çoxtərəfli əsasda səmərəli əməkdaşlığımız birgə səylərimizlə bundan sonra da müvəffəqiyyətlə davam edəcək və möhkəmlənəcəkdir”.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
29 06 2025
29 06 2025
28 06 2025
28 06 2025
28 06 2025
28 06 2025
28 06 2025
28 06 2025
28 06 2025
28 06 2025
28 06 2025
28 06 2025
28 06 2025
28 06 2025
28 06 2025
27 06 2025
27 06 2025
27 06 2025
27 06 2025
27 06 2025
27 06 2025
27 06 2025
27 06 2025
27 06 2025
27 06 2025
27 06 2025
27 06 2025
27 06 2025
26 06 2025
26 06 2025