Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (1-06-2021, 18:27)
Pakistan Prezidenti İlham Əliyevi təbrik etdi

 Pakistan İslam Respublikasının Prezidenti Arif Alvi Azərbaycan Prezidenti İlham Əliyevə məktub ünvanlayıb. 
“Mediatv.az” xəbər verir ki, məktubda deyilir:
“Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Sizə səmimi təbriklərimi və xoş arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram.
Bu il qeyd edilən Respublika Günü İkinci Qarabağ müharibəsində qazanılan önəmli Qələbədən və işğal altındakı ərazilərin azad edilməsindən sonra Azərbaycan xalqı üçün xüsusilə əlamətdardır.
Pakistan qardaş Azərbaycanın yanında olmasından qürur duyur və ölkənizin hər cür təcavüzə qarşı özünümüdafiə hüququnu dəstəkləməkdə davam edəcək.
Zati-aliləri, əminəm ki, mövcud olan yüksək səviyyəli əlaqələrimizin bundan sonra daha da inkişaf etdirilməsi üçün Sizinlə yaxından əməkdaşlıq edəcəyik.
Bu xoş fürsətdən istifadə edərək Azərbaycanın beynəlxalq forumlarda Pakistana verdiyi dəstəyi yüksək qiymətləndirdiyimi bildirmək istəyirəm.
Cənab Prezident, Sizə möhkəm cansağlığı, qardaş Azərbaycan xalqına davamlı inkişaf və fıravanlıq diləyirəm.
Zati-aliləri, xahiş edirəm, ən yüksək ehtiramımı qəbul edin”.шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024