Siyasət (11-12-2014, 20:18)
Heydər Əliyevlə bağlı sərgi keçirildi - Foto
Heydər Əliyevin vəfatının 11-ci ildönümü münasibətilə sərgi keçirilib.
Avropa.info-nun məlumatına görə, “AzərTac”, “Anadolu” agentliyi və Yunus Əmrə Türk Kültür Mərkəzinin birgə təşkil etdiyi tədbirdə Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, "AzərTac"ın baş direktoru Aslan Aslanov, TRT-nin baş direktoru Şenol Göka, Türkiyənin Azərbaycandakı səfirliyinin nümayəndəsi Meral Barlas iştirak edib
Əli Həsənov çıxış edərək deyib ki, Heydər Əliyevin ideyaları, həyata keçirdiyi siyasət uğurla davam etdirilir: “Bu gün yaşadığımız və fəaliyyət göstərdiyimiz müstəqil Azərbaycan dövləti ulu öndərin ideyalarının əbədiliyini nümayiş etdirir. Heydər Əliyev Azərbaycanın dövlətçilik tarixində özünə əbədi yer tutub. Biz yaşadıqca, Azərbaycan xalqı yaşadıqca, bu yer bizim qəlbimizdə əbədi yaşayacaq”.
Ə.Həsənov sərginin təşkilatçılarına təşəkkürünü bildirib.
Bundan sonra qonaqlar da çıxış ediblər. Sonda Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunan fotolar nümayiş olunub.