Siyasət (7-01-2022, 17:55)
Moskvanın canfəşanlığı və Ankaranın susqunluğu...

Onun sözlərinə görə, KTMT müddətin qısa olacağını gözləyir. “KTMT-nin qərarında belə səslənir: qısa müddətə. Hansı qısa müddət? Bir neçə gün və ya bir neçə həftə - bu, Qazaxıstanda yaranacaq vəziyyətdən və təbii ki, Qazaxıstan rəhbərliyinin mövqeyindən asılı olacaq. Əgər hesab etsək ki, vəziyyət sabitləşib və ona bizim dövlətlərimizin köməyi olmadan öz qüvvələri nəzarət edir, o zaman təbii ki, əməliyyat başa çatacaq və bütün qoşunlar çıxarılacaq”,-Zas belə deyib.
Qeyd edək ki, Qazaxıstan Prezidenti Tokayevin müraciətinə cavab olaraq KTMT öz silahlı qüvvələrini qısa müddətə bu ölkəyə göndərəcəyini bildirib.
“Qazaxıstan Respublikasının milli təhlükəsizliyinə və suverenliyinə, o cümlədən, kənar müdaxilə nəticəsində yaranmış təhlükəni nəzərə alaraq, KTMT Kollektiv Təhlükəsizlik Şurası Kollektiv Təhlükəsizlik Müqaviləsinin 4-cü maddəsinə uyğun olaraq, bu ölkədə vəziyyəti sabitləşdirmək və normallaşdırmaq üçün KTMT-nin Kollektiv Sülhməramlı Qüvvələrinin məhdud müddətə Qazaxıstan Respublikasına göndərilməsi barədə qərar qəbul edib”,-deyə təşkilatdan açıqlmasında göstərilir. Ancaq Qazaxıstanı artıq işğal etmək niyyətində olan Rusiyanın qoşunları ölkə ərazisindən çıxartmaqda maraqlı olmadığı ehtimal edilir. Siyasi müşahidəçilərin fikrincə, Rusiyadan hərbi qüvvələrin göndərilməkdə davam etməsi də bu məqsədə xidmət edir. Kreml Qazaxıstan ərazisində yeni hərbi bazalar yerləşdirmək niyyətindədir. Hətta dağıstanlı deputat Sultan Həmzəyevin, Rusiya Patriarxı Kirillin Qazaxıstanı Rusiya torpağı adlandırması Kremlin bu ölkəyə ərazi iddiasını reallaşdırmaq üçün yaranmış imkandan istifadə etmək planlarından xəbər verir. "Mediatv.az"-ın məlumatına görə, təhlükəsizlik üzrə ekspert İlham İsmayıl Cebhe.info-ya açıqlamasında bildirib ki, KTMT-nin silahlı qüvvələri əvvəlcədən elan olunduğu kimi Qazaxıstan ərazisində iki həftə müddətində qalacaq:
“Fövqəladə vəziyyət iki həftə müddətinə elan olunduğuna görə hərbi kontingent də Qazaxıstanda bu vaxt ərzində qalacaq. Rusiyanın Qazaxıstanı işğal etdiyini və oradan çıxmayacağını söyləmək olmaz. Prezident Tokayev KTMT-ni ona görə dəvət etdi ki, polisin xalqın tərəfinə keçməsi meylləri var idi və belə hallar da baş verdi. Ona görə də Tokayev hakimiyyətini qorumaq üçün rus, Belarus, erməni hərbçilərin əli ilə etməyə çalışdı. Aksiyaların qarşısının silahlı yolla alınmasında Oren-Bruqdan göndərilmiş hava-desant diviziyasının hərbçilərindən istifadə olundu. Çox təəssüf ki, bunlar baş verdi. Millətin atası sayılan Nursultan Nazarbayevin də səsi çıxmadı. Nəticə etibarı ilə Tokayev Nazarbayevin klanının təsirindən azad oldu. Amma özünün üzərinə də çox böyük bir ləkə yaxdı. Qazaxıstan Prezidenti öz xalqının etirazını boğmaq üçün başqa dövlətlərin, xarici qüvvənin köməyindən istifadə etdi. Tokayev bunu özü də edə bilərdi. Amma ordunun və polisin etirazçıların tərəfinə keçməsindən qorxdu”.
“KTMT qüvvələri Qazaxıstanı tərk etdikdən sonra etiraz aksiyaları yenidən başlaya bilərmi?” sualına cavabında İlham İsmayıl fövqəladə vəziyyət bitdikdən sonra kütləvi həbslərin gözlənildiyini dedi:
“Bu həbslər də insanları qorxudacaq və əvvəlki emosiyalar olmayacaq. Ancaq bu hadisələr bütün avtoritar rejimlərə böyük bir dərs oldu. Artıq Nazarbayev erasının tam bitdiyini demək olar. Prezident Tokayev öncə Nazarbayevi vəzifədən kənarlaşdırıb ölkədən çıxartdı, sonra ona yaxın şəxsləri işdən azad etdi. Perspektivdə bu işləri davam etdirəcək. Amma Qazaxıstan əvvəlki kimi idarə olunmayacaq”.
İlham İsmayıl hesab edir ki, Prezident Tokayevin Rusiya xüsusi xidmət orqanlarının keçmiş əməkdaşı olması və Qazaxıstanı Kremlə təhfil verməsi barədə iddialar inandırıcı görünmür. Qazaxıstanda baş verən hadisələr Rusiyanın və ya digər kənar dövlətin təhriki ilə baş verməyib: “Qazaxıstanda illərdir yığılıb qalmış bir etiraz var idi. Yanacağın qiymətinin artırılması buna bir təkan verdi. Adətən sosial-iqtisadi tələblər təcili siyasi müstəviyə keçir. Həm də nəzərə almaq lazımdıər ki, Qazaxıstan Asiyadır, Avropa deyil. Əksinə, Tokayevin prezidentliyi dövründə kiril əlifbasından latın əlifbasına keçid başa çatdırıldı. Rusiya bunu qəbul etmirdi. Qazaxıstanda rus dilinin dövlət dili statusu ləğv edildi. Müstəqil Dövlətlər Birliyinin Sankt-Peterburqda keçirilən iclasına Nazarbayevi dəvət etmişdilər. Bu, o demək idi ki, Tokayevə ciddi yanaşılmır. Sadəcə olaraq, Tokayevə Nazarbayevdən canını qurtarmaq, Rusiya ilə isə ehtiyatlı davranmaq lazımdır”.
Bəzi rəylərə görə, Rusiya KTMT qoşunlarının Qazaxıstana sülhməramlı mandatı ilə göndərilməsindən istifadə edərək orada qalıcı olmasına çalışa bilər. İlham İsmayılın fikirincə, Rusiyanın buna ehtiyacı yoxdur. Çünki “Baykanur”da Rusiyanın hərbi hava bazası yerləşir: “Qazaxıstanda Rusiyanın hərbi təsir vasitələri Qərblə və Çinlə müqayisədə daha güclüdür. Qərbin təsir imkanları demək olar ki, yoxdur. Çinin hərbi addımları isə onun iqtisadi maraqlarının əleyhinə işləyər. Ona görə də Rusiya burada əvvəldən var və Oren-Bruqdakı silahlı qüvvələr istədiyi vaxt gələ bilər. Bu, Qazaxıstanın yürütdüyü siyasətdən asılı olacaq”.
Son hadisələrlə bağlı səslənən suallardan biri də Rusiyanın Qazaxıstana hərbi müdaxilə edərək qırğın törətməsinə Türkiyənin kəskin reaksiya verməməsi ilə bağlıdır. Ekspert bildirdi ki, Azərbaycandan fərqli olaraq, Qazaxıstanda Türkiyənin təsir imkanları Rusiya qədər güclü deyil: “Türkiyə Suriyada, Liviyada, Cənubi Qafqazda Rusiya ilə rəqabət aparır. Bunu Qazaxıstanda da davam etdirməyə gücü çatmaz. Türkiyənin təsiri məhduddur. Bu hadisələri Türk Dövlətləri Təşkilatı özünə zərbə kimi qəbul etmir. Bu birlik öz fəaliyyətini davam etdirir. Birlik elan olunub və fəaliyyət mexanizmləri yoxdur. Əksinə, Türk Dövlətləri Təşkilatı Qazaxıstanda Tokayev hakimiyyətinin qalmasında maraqlıdır”.
İlham İsmayılın proqnozlarına görə, Qazaxıstanın siyasi həyatında yeni dövr başlanır. Bundan sonra Qazaxıstanda müxalifət partiyalarının formalaşacağı gözlənilir:
“Müxalifət marginallaşmış olanda, yaxud heç olmayanda xalq etirazları nəzarətdən çıxır. Belə hadisələr leqal müxalifətin yaranmasına, inkişafına təkan verəcək. Ona görə də Qazaxıstanda baş verənlərdən Rusiyanın özü, Belarus kimi ölkələr nəticə çıxaracaq”.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
27 08 2025
27 08 2025
27 08 2025
27 08 2025
27 08 2025
27 08 2025
27 08 2025
27 08 2025
27 08 2025
27 08 2025
27 08 2025
27 08 2025
27 08 2025
27 08 2025
27 08 2025
27 08 2025
27 08 2025
27 08 2025
27 08 2025
27 08 2025
27 08 2025
27 08 2025
27 08 2025
27 08 2025
27 08 2025
27 08 2025
27 08 2025
İcra hakimiyyətinin işçiləri dövlət torpaqlarını kənar şəxslərə satırlar - Bu cavan başçıda belə....
27 08 2025
26 08 2025
26 08 2025