Siyasət (4-01-2022, 12:00)
Rusiya hərbçiləri Xocalıdakı kilsədə Milad bayramı keçirəcək, xaç suyuna çəkiləcək...

Rusiyanın bir ildən çoxdur ki, Azərbaycan torpaqlarında sülhməramlı(?) missiya həyata keçirən hərbi kontingentinin komandanlığı Qarabağdakı ermənilərlə dini baxımdan bağlılığını artıq açıq şəkildə büruzə verməyə başlayıb. "Mediatv.az" moderator.az-a istinadən xəbər verir ki, bu, yanvarın 4-ü Moskva vaxtı ilə gecə saat 03:00-da Rusiya Müdafiə Nazirliyinin rəsmi saytında yayılmış məlumatdan da bəlli olur.
“Erməni kilsəsinin Dağlıq Qarabağdakı nümayəndələri yanvarın 6-da Milad və xaç suyuna salınma bayramlarını birləşdirən Epifani (rəbbin zühuru, yaxud xaçı suya salma-S.L.) bayramını qeyd edirlər. Bu, erməni kilsəsinin 451-ci ildə Milad və Xaç suyuna salınmanın ayrıca qeyd olunduğu Kalkedon Şurasında iştirak etməməsi ilə əlaqədardır. Rusiya hərbçiləri Stepanakertdəki sülhməramlı kontingentin ərazisində yerləşən xristian kilsəsindəki həmvətənləri ilə birlikdə Milad bayramını yanvarın 7-də, Xaç suyuna salınma bayramını isə yanvarın 19-da qeyd edəcəklər” –Rusiya MN-in yaydığı xəbərdə belə deyilir.
Göründüyü kimi, Rusiya hərbi kontingentinə aid xəbərdə müxtəlif tarixlərdə və formada olsa da, rusların ermənilərlə eyni bayramı qeyd etdikləri və eyni dinə mənsubluqları vurğulanır. Halbuki, hər hansı bölgədə sülhü təmin etməli olan birləşmə komandanlığını tərəflərin hansı dinə mənsubluğu maraqlandırmamalı, tərəfləri qıcıqlandırmamaq üçün onların, eləcə də kontingent üzvlərinin dini mənsubluğu qabardılmamalıdır...
Bir daha xatırladaq ki, Rusiya MN-in xəbərində “Stepanakert”də, yəni Xankəndində yerləşdiyi qeyd edilən yeni tikilmiş rus pravoslav kilsəsi əslində Xocalı rayonuna aid olan hava limanı ərazisində yerləşir...

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
27 08 2025
27 08 2025
27 08 2025
27 08 2025
27 08 2025
27 08 2025
27 08 2025
27 08 2025
27 08 2025
27 08 2025
27 08 2025
27 08 2025
27 08 2025
27 08 2025
27 08 2025
27 08 2025
27 08 2025
27 08 2025
27 08 2025
27 08 2025
27 08 2025
27 08 2025
27 08 2025
27 08 2025
27 08 2025
27 08 2025
27 08 2025
27 08 2025
İcra hakimiyyətinin işçiləri dövlət torpaqlarını kənar şəxslərə satırlar - Bu cavan başçıda belə....
27 08 2025
26 08 2025