Siyasət (2-01-2022, 14:14)
"Həm Əliyevin, həm də Paşinyanın regiondakı bütün problemləri..." - Naim Asas

Mediatv.az xəbər verir ki, Fransalı siyasi ekspert Naim Asas Makronun Ermənistan və Azərbaycan liderləri ilə Brüsseldə keçirdiyi qapalı görüşün gizli detalları ilə bağlı Moderator.az-a açıqlama verib.
Fransalı ekspert deyir: Həm Əliyevin, həm də Paşinyanın regiondakı bütün problemləri danışıqlar yolu ilə həll etmək üçün siyasi iradəsi var.
Fransa Prezidenti Makronun Azərbaycan və Ermənistan liderləri ilə Brüsseldə keçirdiyi qapalı görüşü onların mövqelərini uzlaşdırmaq, keçmişdə, xüsusən də noyabrın 9-da və 11 yanvarda bağlanmış razılaşmaların müzakirə edilməsi və onlara hörmət edilməsi məqsədi daşıyırdı.
Bu görüşdə ictimayyətə qapalı şəkildə iki lider üz-üzə gəldi və bu o deməkdir ki, onlar arasında etimad yaranıb amma müəyyən məqamlarda fikir ayrılıqları var.
Lakin bölgədə Azərbaycan və Ermənistan arasında humanitar problemlər, hərbi əsirlərin qaytarılması, dəmir yolu əlaqəsi, nəqliyyat, sərhəd məsələsi, sərhəddə gərginliyin azaldılması kimi hələ də həllini tapmayan çoxlu problemlər var.
Görünən odur ki, həm Əliyevin, həm də Paşinyanın regiondakı bütün problemləri danışıqlar yolu ilə həll etmək üçün siyasi iradəsi var və xarici güclər, xüsusən də Fransanın bu proseslərdə diplomatik iştiraklarını Brüsseldəki qapalı görüşlə bir daha təsdiq etmiş oldu.
Görüşün qapalı şəkildə keçirilməsinə gəlincə isə fikrimcə Makron hər iki liderin heç bir təsir olmadan birbaşa olaraq fikirlərini öyrənmək üçün bu qapalı görüşü təşkil etdi və yekun nəticədən hiss olunur ki, öz məqsədinə də müəyyən qədər nail oldu .

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
27 08 2025
27 08 2025
27 08 2025
27 08 2025
27 08 2025
27 08 2025
27 08 2025
27 08 2025
27 08 2025
27 08 2025
27 08 2025
27 08 2025
27 08 2025
27 08 2025
27 08 2025
27 08 2025
27 08 2025
27 08 2025
27 08 2025
27 08 2025
27 08 2025
27 08 2025
27 08 2025
27 08 2025
27 08 2025
27 08 2025
27 08 2025
27 08 2025
İcra hakimiyyətinin işçiləri dövlət torpaqlarını kənar şəxslərə satırlar - Bu cavan başçıda belə....
27 08 2025
26 08 2025