Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (28-12-2021, 11:06)
Qarabağın bərpasında ən böyük payı türk şirkəti götürüb - Detallar

Qarabağın bərpasında ən böyük payı türk şirkəti götürüb
Azərbaycanın aparıcı korporativ bankı olan PAŞA Bankın İstanbul filialının baş direktoru Cenk Eynehan bildirib ki, türk şirkətləri Azərbaycanın Qarabağ bölgəsinin bərpası üzrə layihələrdə ən böyük payı öz üzərinə götürüblər. Azərbaycanın İqtisadiyyat Nazirliyinin məlumatlarına istinad edən Eynehan deyib ki, işğaldan azad edilmiş bölgədə layihələrin həyata keçirilməsi üçün əksəriyyəti türk olmaqla 283 xarici şirkət müraciət edib. Mediatv.az Reyting.az-a istinadən xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

Agentliyin materialında qeyd olunur:

"Azərbaycan rəşadətli qələbədən sonra regionda yeni geosiyasi reallıqlar yaratdı. Qarabağın və ona bitişik rayonların işğaldan azad edilməsi regionda vəziyyətin sabitləşməsinə, onun iqtisadi potensialından istifadə etmək və xarici sərmayələrin cəlbi üçün müvafiq şəraitin yaradılmasına gətirib çıxardı", - Eynehan deyib.

O əlavə edib ki, Türkiyə, İtaliya, Böyük Britaniya, İsrail, Rusiya və Azərbaycanın digər strateji tərəfdaşları həyata keçirilən layihələrdə iştiraka böyük maraq göstərirlər.

Eynehan bildirib ki, bərpa işlərinə başlamazdan əvvəl ərazi tamamilə minalardan təmizlənməlidir. Bu il Azərbaycan hökuməti rayonun bərpası üçün 1,3 milyard dollar vəsait ayırıb, 2022-ci ildə isə büdcədən bu qədər vəsait ayrılacaq.

Böyük layihələr

PAŞA Bankın İstanbul filialının baş direktorunun sözlərinə görə, iri infrastruktur layihələrinin bəziləri, məsələn, Füzuli Beynəlxalq Hava Limanının tikintisi artıq başa çatıb. Rayonda işğaldan azad edilmiş əraziləri yaxınlıqdakı şəhərlərlə birləşdirən avtomobil yollarının ümumi uzunluğu 650 km-dən artıqdır. Ağdam Sənaye Parkı, Zəngilan və Füzuli rayonlarında ağıllı kəndlər, Zəngilan, Kəlbəcər və Ağdam rayonlarında qiymətli metal hasilatı və tikinti materialları layihələri kimi layihələr planlaşdırma və inkişaf mərhələsindədir və regiona reinteqrasiya üçün mühüm rol oynayacağı gözlənilir.

Vizasız giriş

Türkiyə ilə vizasız rejim məsələsinə toxunan Eynehan əlavə edib ki, bu qərarın turist axınına təsiri dərhal nəzərə çarpır: “2021-ci ilin üçüncü rübündə Azərbaycan turistlərinin əsas istiqaməti Türkiyə olub”.

Yanvar-sentyabr aylarında Azərbaycandan Türkiyəyə pul köçürmələrinin həcmi illik müqayisədə 26 faiz, Türkiyədən Azərbaycana pul köçürmələrinin həcmi isə 43 faiz artıb. 2021-ci ilin ilk üç rübündə Azərbaycan iqtisadiyyatına 530 milyon dollar türk kapitalı yatırılıb.

Azərbaycan və Türkiyə arasında güzəştli ticarət haqqında fevral sazişinə toxunan Eynehan onun imzalanmasının Azərbaycanla Türkiyə arasında ilk doqquz ayda (illik müqayisədə 26% artaraq 3,7 milyard dollara çatıb) Azərbaycan neft-qaz sektorunun məhsullarının ixracı istisna olmaqla, ticarət dövriyyəsinin artmasına töhfə verdiyini vurğulayıb.

“Saziş Azərbaycandan Türkiyəyə qeyri-neft ixracının həcminə güclü təsir göstərib ki, bu da ötən illə müqayisədə 81 faiz artıb”.

“Şuşa Bəyannaməsi, güzəştli ticarət haqqında saziş, vizasız rejim, Azərbaycan və Türkiyənin dövlət orqanları və şirkətləri arasında imzalanan sazişlər ticarət və investisiya əlaqələrinin sürətlə inkişafını təmin edir”, - Eynehan bu sazişlərin əldə olunmasına töhfə verəcəyinə əminliyini ifadə edib. O, əmindir ki, ticarət dövriyyəsi 15 milyard dollara çatacaq.

İnvestisiyalar

Bu günə qədər Türkiyənin podratçı şirkətləri Azərbaycanda ümumi dəyəri 15,4 milyard dollar olan 455 layihə həyata keçirib. Azərbaycan Türkiyə iqtisadiyyatına təqribən 19 milyard dollar sərmayə qoyub, Türkiyə isə Azərbaycana 12 milyard dollar sərmayə yatırıb. Eynehan əlavə edib ki, 2021-ci ildə əldə olunan razılaşmalar və ölkələr arasında qardaşlıq əlaqələri ticarət və investisiya əlaqələrini daha da gücləndirəcək.

PAŞA Bankın Türkiyədəki mövqeyinə toxunan Eynehan bildirib ki, 2021-ci ildə bank yeni reallığa və işin yeni üsullarına uyğunlaşıb. Bu ilin üçüncü rübündə bank cəmi aktivlərini 2020-ci ilin sonu ilə müqayisədə 26 faiz artıraraq 2,74 milyard türk lirəsinə (309 milyon dollar) çatdırıb. Həmin dövrdə kreditlərin ümumi məbləği də 32 faiz artıb.

PAŞA Bankın İstanbul filialının baş direktoru vurğulayıb ki, 2021-ci ildə bank həm iqtisadiyyatın real sektorunu, həm də avtomobil sənayesini dəstəkləsə də, vəsaitlərin daha çox şaxələndirilməsi yolu ilə bu sektorları dəstəkləməyə davam edəcək.
шаблоны для dle 11.2

Xəbər lenti
27 08 2025
27 08 2025
27 08 2025
27 08 2025
27 08 2025
27 08 2025
27 08 2025
27 08 2025
27 08 2025
27 08 2025
27 08 2025
27 08 2025
27 08 2025
27 08 2025
27 08 2025
27 08 2025
27 08 2025
27 08 2025
27 08 2025
27 08 2025
27 08 2025
27 08 2025
27 08 2025
27 08 2025
27 08 2025
27 08 2025
27 08 2025
27 08 2025
27 08 2025
26 08 2025