Siyasət (24-11-2014, 16:43)
Mustafa Hacıbəyli: “Tural Abbaslıya səs verəcəyəm“
“Qubad İbadoğlunun çox vaxt xarici ölkələrdə səfərdə olması..."
“Qubad İbadoğlunun çox vaxt xarici ölkələrdə səfərdə olması qurultayda Müsavat Partiyasının başqanı seçilməməsində mühüm rol oynayıb”. Bunu APA-ya açıqlamasında Müsavat Partiyası Məclisinin üzvü, başqan Arif Hacılının qardaşı Mustafa Hacıbəyli deyib.
M. Hacıbəyli bildirib ki, Q. İbadoğlu xarici səfərləri ilə əlaqədar uzun müddət partiya işində aktiv iştirak edə bilməyib, bu da onun qurultayda başqan seçilə bilməməsində rol oynayıb.
M. Hacıbəyli başqanlığa sabiq namizədlərdən Tural Abbaslının fədakarlığını isə həmişə qiymətləndirdiyini söyləyib. O qeyd edib ki, qurultaydan sonra iki dəfə T. Abbaslının Məclis üzvlüyünə namizədliyi irəli sürülüb: “Mən hər dəfə Tural Abbaslının namizədliyinə səs vermişəm, dostlarımı da ona səs verməyə çağırmışam. Tural Abbaslı başqanlığa namizəd olmasaydı, yəqin ki, elə qurultayda Məclis üzvü seçiləcəkdi. Amma başqanlığa namizəd olması və rəqabətin pik həddə çatması onun qurultayda birbaşa Məclis üzvü seçilməsinə mane oldu.
Hazırda Məclisdə 30-a yaxın yer boşdur və gələcəkdə yəqin ki, Məclisə keçiriləcək seçkilərdə Tural Abbaslının namizədliyi olacaq. Mən özüm Tural Abbaslıya səs verəcəyəm, başqa dostlarımızı da ona səs verməyə çağıracağam”.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024