Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (4-08-2021, 12:04)
44 gündə ağzı ovulan Paşinyan yenə də SƏRSƏMLƏDİ - “Qarabağ münaqişəsi bitməyib, davam edir”

44 gündə ağzı ovulan Paşinyan yenə də SƏRSƏMLƏDİ
Ermənistanın yeni baş naziri Nikol Paşinyanın səsi çıxmağa başlayıb. Seçkilərə qədər ehtiyatla danışan, mümkün qədər konfrantasiyaya getməyən yeni baş nazir, artıq Azərbaycanla bağlı fərqli ritorika sərgiləməyə başlayıb.

JAMAZ.İNFO xəbər verir ki, Paşinyan ötən gün Ermənistan Müdafiə Nazirliyində keçirdiyi görüş zamanı bildirib ki, Qarabağ münaqişəsi mövcuddur və bu barədə bütün beynəlxalq ictimaiyyət danışır. “ATƏT-in Minsk Qrupu həmsdərlərinin 13 aprel bəyanatı var. Orada açıq şəkildə münaqişənin davam etdiyi, onun təcili həll edilməsinin lazım gəldiyi bəyan edilib. Üstəlik, həmin bəyanatda münaqişənin hansı şəkildə və formatda həlli yolları və detalları göstərilib. Bu o deməkdir ki, beynəlxalq aləm də təsdiq edir ki, Qqarabağ münaqişəsi həll olunmayıb. Bizim faktiki mövqeyimiz də həmin beyənəlxalq aləmin mövqeyi ilə eynidir”.

Paşinyan sərhədd məsələsinə də toxunub. O deyib ki, Azərbaycanla sərhədlərin demarkasiya və delmitasiyası hazırkı şəraitdə mümkün deyil. O, bunu belə əsaslandırıb ki, Azərbaycan Ordusu faktiki mövqeyində dayandıqca, problemi həll etmək mümkün olmayacaq. “Təəssüf ki, sülh təkcə bizdən asılı deyil. Hesab edirəm ki, bizimlə yanaşı, beynəlxalq ictimaiyyət də lazımi təzyiqləri göstərərsə, regional təhlükəsizliyi təhdid edən ölkəni konstruktiv mövqeyə gətirə bilərik”.

Xatırladaq ki, rəsmi Bakı dəfələrlə bəyan edib ki, Dağlıq Qarabağ münaqişəsi bitib, belə bir problem yoxdur, belə bir ərazi də yoxdur. Azərbaycan tərəfi Ermənistanı sülh sazişi imzalamağa çağırır və Qarabağı unutmağa dəvət edir. Əks təqdirdə, bunun fəsadlarının ağır olacağını da dilə gətirməkdən çəkinmir.
шаблоны для dle 11.2

Xəbər lenti
31 08 2025
31 08 2025
31 08 2025
31 08 2025
31 08 2025
31 08 2025
31 08 2025
30 08 2025
30 08 2025
30 08 2025
30 08 2025
30 08 2025
30 08 2025
30 08 2025
30 08 2025
30 08 2025
30 08 2025
30 08 2025
30 08 2025
30 08 2025
30 08 2025
29 08 2025
29 08 2025
29 08 2025
29 08 2025
29 08 2025
29 08 2025
29 08 2025
29 08 2025
29 08 2025