Siyasət (2-08-2021, 13:36)
Ərdoğanın bölgə üçün yeni mexanizm arzusu

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə-Gürcüstan-Azərbaycan üçtərəfli mexanizmini liderlər səviyyəsində də canlandırmaq arzusunu ifadə edib.
Cebhe.info xəbər verir ki, o, bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə telefonla danışığı zamanı bildirib. Türkiyə-Gürcüstan strateji tərəfdaşlığının bu günlərdə daha da genişləndiyini qeyd edən Ərdoğan Gürcüstanı regional əməkdaşlığın açarı olaraq gördüyünü, regional nəqliyyat, elektrik xətlərinin səmərəliliyini və təhlükəsizliyini təmin etmək üçün birgə tədbirlərin əhəmiyyətini xüsusi vurğulayıb.
Məsələylə bağlı Cebhe.info-ya açıqlama verən politoloq Zərdüşt Əlizadə hesab edir ki, Türkiyə tərəfindən belə bir fikir səsləndirilməsi Ermənistana qarşı birgə mübarizə məqsədi daşımır:
“Azərbaycana dəstək olmaq üçün Türkiyənin özünün kifayət qədər gücü, potensialı var. Amma ola bilər ki, Azərbaycanın buna ehtiyacı olsun. Özümüz də təbii ki, öhələrindən gələ bilərik. Sadəcə bir balaca daha uğurlu siyasət yürütmək lazımdır”.
Poltiloqun fikrincə, Ərdoğanın belə fikir səsləndirməkdə məqsədi energetika, təhlükəsizlik, təhsil, terrora qarşı mübarizə, müdafiə kimi məsələlərdə birgə əməkdaşlıq etməkdir.
“Ərdoğanın belə bir fikir səsləndirməkdə məqsədi Türkiyədə baş verən yanğınlara qarşı mübarizədə Gürcüstanın da imkanlarından faydalanmaq ola bilərmi?” sualına gəlincə, Zərdüşt Əlizadə deyib ki, Gürcüstanın yanğınsöndürmə sahəsində o qədər də fövqəladə imkanları mövcud deyil:
“Azərbaycan isə əlindən gələni edir. Rusiya da, Avropa da kömək edir”.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
31 08 2025
31 08 2025
31 08 2025
31 08 2025
31 08 2025
31 08 2025
31 08 2025
30 08 2025
30 08 2025
30 08 2025
30 08 2025
30 08 2025
30 08 2025
30 08 2025
30 08 2025
30 08 2025
30 08 2025
30 08 2025
30 08 2025
30 08 2025
30 08 2025
29 08 2025
29 08 2025
29 08 2025
29 08 2025
29 08 2025
29 08 2025
29 08 2025
29 08 2025
29 08 2025