Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (25-07-2021, 18:53)
AKP sözçüsündən Ermənistana - Xəbərdarlıq


AKP sözçüsündən Ermənistana


“Ermənistan tərəfindən Kəlbəcərə həyata keçirilən hücumda bir Azərbaycan əsgəri şəhid oldu. Bu hücumu şiddətlə qınayırıq. Ermənistan təcavüzkar siyasətinə davam edir. Bu, bölgə sülhü üçün təhdiddir. Bu təcavüzkar siyasətə Ermənistan qədər Ermənistanı cəsarətləndirənlər də məsuliyyət daşıyır”.

“Mediatv.az” xəbər verir ki, bunu Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömer Çelik özünün “Twitter” səhifəsində yazıb.

O qeyd edib ki, Ermənistan bu təcavüzkar siyasətlə heç nə əldə edə bilməz:


“Ermənistan onu təşviq edənlərə aldanmasın. Bu hücumlara təşviq edənlər Ermənistana lazım olan cavab verildiyi zaman yanında durmayacaqlar”.

AKP sözçüsü əlavə edib ki, Ermənistan bu siyasətlə özünü daha çətin vəziyyətə salacaq:

“Prezidentimiz region ölkələri ilə qurulacaq mexanizmin vacibliyinə diqqət çəkdi. Ermənistanın təcavüzkarlıqdan əl çəkəcəyi təqdirdə bu mexanizmə daxil olmasının vacibliyini vurğuladı. Ermənistan bu tarixi fürsəti əldən verməməlidir.

Ermənistan Prezidentimiz və Azərbaycan Prezidenti cənab Əliyevin mesajlarını yaxşı başa düşməlidir. Əks halda, yeni problemlərlə üzləşəcək. Ermənistanın regiondakı sülhü təhlükəyə atmasına icazə verilməyəcək”.

шаблоны для dle 11.2

Xəbər lenti
30 08 2025
30 08 2025
30 08 2025
30 08 2025
30 08 2025
30 08 2025
30 08 2025
30 08 2025
30 08 2025
30 08 2025
29 08 2025
29 08 2025
29 08 2025
29 08 2025
29 08 2025
29 08 2025
29 08 2025
29 08 2025
29 08 2025
29 08 2025
29 08 2025
29 08 2025
29 08 2025
29 08 2025
29 08 2025
28 08 2025
28 08 2025
28 08 2025
28 08 2025
28 08 2025