Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (8-07-2021, 12:10)
“Elmar Vəliyev məhkəmədə dindirilsə, vəziyyəti pisləşəcək”

“Elmar Vəliyev məhkəmədə dindirilsə, vəziyyəti pisləşəcək”

Üç il öncə başından güllələnən Gəncənin keçmiş icra başçısı Elmar Vəliyevin psixoloji durumu ilə bağlı ekspert rəyi açıqlanıb.

Mediatv.az xəbər verir ki, bu barədə vəkil Cavad Cavadov məlumat verib.

O bildirib ki, Bakı Ağır Cinayətlər Məhkəməsində “Gəncə işi” ilə bağlı məhkəmə prosesi iyulun 15-də davam etdiriləcək: “Gəncənin keçmiş icra başçısı Elmar Vəliyevlə bağlı ekspertiza rəy verib ki, onda sui-qəsd nəticəsində psixi pozğunluq durumu yaranıb və məhkəmədə dindirilməsi vəziyyətinin pisləşməsinə səbəb ola bilər”.


“Qafqazinfo”nun məhkəmədən əldə etdiyi məlumata görə, ekspert rəyində, həmçinin, Elmar Vəliyev “Retroqrad amneziya” diaqnozu qoyulub.

Amneziya xəstəliyinin bu növünə tutulan şəxslər travmayadək olan hadisələri yaxşı xatırlasa da, hadisəni və ondan sonrasını tamamilə unudurlar.

Elmar Vəliyev də hazırda ona sui-qəsd edildiyini və vəzifədən çıxarıldığını xatırlamır. Məlumata görə, Vəliyev hələ də özünün icra başçısı kimi hiss edir və gündəlik həyatında buna əsaslanan davranışlar sərgiləyir. Buna görə də sabiq icra başçısı daimi nəzarətdə saxlanılır.

Qeyd edək ki, icra başçısı Elmar Vəliyevə qarşı sui-qəsd işi bağlı ona atəş açan Yunin Səfərov və daha 11 nəfər ittiham edilir.

Dövlət ittihamçısı çıxışında təqsirləndirilən Yunis Səfərovun ömürlük, digər şəxslərə isə 15-20 il arası azadlıqdan məhrum etmə cəzası verilməsini istəyib.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
1 09 2025
1 09 2025
1 09 2025
1 09 2025
1 09 2025
1 09 2025
1 09 2025
1 09 2025
1 09 2025
1 09 2025
1 09 2025
1 09 2025
1 09 2025
1 09 2025
1 09 2025
1 09 2025
1 09 2025
1 09 2025
1 09 2025
1 09 2025
1 09 2025
1 09 2025
1 09 2025
1 09 2025
1 09 2025
1 09 2025
31 08 2025
31 08 2025
31 08 2025
31 08 2025