Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (11-06-2021, 14:44)
“Bu, bizim Zəfərin, Qələbənin təzahürləridir” - General Hikmət Həsənov

 “Prezident, Ali Baş Komandanın rəhbərliyi və Azərbaycan Ordusunun döyüş meydanında qəhrəmanlığı sayəsində Azərbaycan Ordusu böyük zəfərlərə imza atdı, Ermənistan kapitulyasiya aktını imzalamağa məcbur oldu”.
APA-nın yerli bürosunun məlumatına görə, bunu Birinci Ordu Korpusunun komandiri, general-mayor Hikmət Həsənov yeni yaradılan modul tipli hərbi hissələrlə bağlı bildirib.
H. Həsənov deyib ki, Zəfərdən sonra qoşunların işğaldan azad edilmiş ərazilərdə dislokasiyası zərurəti yaranıb: “Bununla əlaqədar bazalar, yaşayış kompleksləri salınıb. Bu istiqamətdə quruculuq işləri davam edir. Yaşayış kompleksləri şəxsi heyətin istirahəti, asudə vaxtının təşkil edilməsi, tibbi təminatı, maddi-texniki təminatının bütün növlərini əhatə edir. İşğaldan azad olunan ərazilərdə hərbi hissələrə qaz, su, elektrik xətləri yenidən çəkilir. Bu sahədə də kifayət qədər iş görülüb.
Bununla da Azərbaycan əsgərinin daha effektli, mükəmməl döyüş hazırlığı ilə məşğul olması təmin edilir. Burada əsgərlərimiz üçün bütün şərait yaradılıb. Bu, bizim Zəfərin, Qələbənin təzahürləridir. Bu qələbənin qazanılması zamanı şəhid olan qardaşlarımıza Allahdan rəhmət, qazilərimizə şəfa diləyirik. Bütün bunlar Prezident, Ali Baş Komandan və Birinci vitse-prezidentin Orduya diqqət və qayğısının bariz nümunəsidir. Bu istiqamətdə artıq qoşunlarımızın 90 faizi müasir tipli yaşayış kompleksləri ilə təmin olunub və bu işlər sistemli, mərhələli və ardıcıl davam etdirilir.шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
15 06 2021 11:28
15 06 2021 11:12
15 06 2021 10:27
15 06 2021 10:12
15 06 2021 09:57
15 06 2021 09:43
15 06 2021 09:30
15 06 2021 09:27
15 06 2021 09:12
14 06 2021 23:12
14 06 2021 22:50
14 06 2021 22:30
14 06 2021 22:16
14 06 2021 21:45
14 06 2021 21:17
14 06 2021 20:53
14 06 2021 20:20
14 06 2021 20:03
14 06 2021 19:31
14 06 2021 19:14
14 06 2021 18:52
14 06 2021 18:29
14 06 2021 18:05
14 06 2021 17:58
14 06 2021 17:39
14 06 2021 17:09
14 06 2021 17:01
14 06 2021 16:40
14 06 2021 16:24
14 06 2021 15:48

{sape_links}{sape_article}