Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (2-06-2021, 10:00)
Azərbaycan- Türkiyə əməkdaşlığının yeni qolları... - GƏLİŞMƏ

Azərbaycan- Türkiyə əməkdaşlığının yeni qolları...
İyunun 3-də Bakıda Azərbaycan-Türkiyə 13-cü Yüksək Səviyyəli Hərbi Dialoq İclası işinə başlayacaq. İclasda Azərbaycan ilə Türkiyə arasında təhlükəsizlik, hərbi, hərbi-texniki, hərbi tibb, hərbi təhsil, hərbi sənaye və digər sahələrdə ikitərəfli əməkdaşlığın hazırkı vəziyyəti müzakirə ediləcək. Tərəflər hərbi və müdafiə sahəsində inkişaf perspektivlərini və əsas fəaliyyət istiqamətlərini də nəzərdən keçirəcəklər.

Hərbi ekspert Ədalət Verdiyev sözügedən iclasın əhəmiyyəti barədə “Sherg.az”a danışdı:

“Bu tədbir müntəzəm keçirilir. Sonuncu dəfə 2019-cu ildə təşkil olunub. O vaxt tərəflər arasındakı əməkdaşlığın əsas istiqamətləri müəyyənləşdi. Həmin iclas 2020-ci il üçün fəaliyyət proqramının müəyyənləşdirilməsi ilə başa çatdı.

Bu dəfə iclas əslində Türkiyədə keçirilməli idi. Amma müharibə səbəbindən yenə də Bakıda təşkil ediləcək.

Fikrimcə, mövcud qərarların reallaşması və gələcək fəaliyyətin nizamlanması sahəsində mühüm addımlar atılacaq. İclasın Azərbaycan və Türkiyə dövlət başçılarının görüşü ərəfəsində keçirilməsi isə xüsusi əhəmiyyətlidir.

Bu, yeni geosiyasi vəziyyətdə qardaş ölkələrin fərqli sahələrdəki əməkdaşlığını gündəmə gətirir. Ələlxüsus, Ağdamdakı sənayə parkında Türkiyə Müdafiə Sənayəsi şirkətlərinin fəaliyyəti üçün əlverişli şərait var”.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024