Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (30-05-2021, 18:19)
Rusiyanın sərhəddəki vəziyyətin həllinə dair təklifinə - Ermənistanın cavabı


Rusiyanın sərhəddəki vəziyyətin həllinə dair təklifinə


“Ermənistan strateji müttəfiqi olan Rusiyanın sərhəddə vəziyyətin tənzimlənməsi ilə bağlı təklifini məqbul hesab edir”.

“Mediatv.az” xəbər verir ki, bunu Ermənistanın müvəqqəti Baş naziri Nikol Paşinyan deyib.

“Biz hesab edirik ki, bu təklif məqbuldur və həmin təklifi praktikada necə tətbiq edə biləcəyimizlə bağlı təkliflər verdik. Rusiyanın da həmsədr ölkə olduğu ATƏT-in Minsk qrupunun həmsədrlərinin təklifini də qəbul edirik”, - deyə Paşinyan qeyd edib.


Onun sözlərinə görə, həmsədrlər hər iki ölkəyə qoşunlarını əvvəlcə əvvəlki mövqelərinə qaytarmağı,bundan sonra isə beynəlxalq himayə altında demarkasiya və delimitasiya proseslərinə başlamağı təklif ediblər.

Xatırladaq ki, bundan əvvəl Rusiya xarici işlər naziri Sergey Lavrov Rusiyanın Ermənistanla Azərbaycan arasında sərhəd demarkasiyası məsələlərinin müzakirəsində vasitəçi ola biləcəyini söyləmişdi. Daha sonra Rusiya XİN rəhbərinin müavini Andrey Rudenko Ermənistanın və ya Azərbaycanın müraciəti olduğu təqdirdə, Rusiyanın iki ölkə arasındakı sərhədlərin demarkasiyası ilə bağlı komissiyaya məsləhətçi yardım göstərməyə hazır olacağını söyləyib.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024