Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (28-05-2021, 09:44)
"Sedat Pekeri dövlətçi biri kimi tanımışıq" - Partiya sədri

"Sedat Pekeri dövlətçi biri kimi tanımışıq"
Türkiyənin tanınmış iş adamı, “yeraltı dünya”nın lideri Sedat Pekerin videoları milyonlarla baxış cəlb etməkdədir. Mafiya başçısı olmaqda təqsirləndiriləndən sonra ölkəni tərk edən bu şəxsə qarşı maraq onun internetə yerləşdirdiyi son 8 videosu ilə izah olunur. O, videoçıxışlarında yüksək rütbəli rəsmilər, geniş ictimaiyyətə tanış olan siyasət, media və biznes simalarını hədəfləyən iddialarla çıxış edir. Qalmaqallı videolarda əsas tənqid hədəflərindən biri Türkiyənin daxili işlər naziri Süleyman Soyludur.

Azərbaycan siyasiləri, ictimai-siyasi xadimlər Sedat Pekerin çıxışlarını izləyirmi? Bunu necə qiymətləndirir?

AG Partiyanın başqanı Tural Abbaslı “Yeni Müsavat”a deyib ki, Sedat Pekerin çıxışını izləyir: “Sedat Peker Türkiyə cinayət aləminin tanınan liderlərindəndir. Bir çox hallarda cinayətkar aləmin nümayəndələri bu və digər formada dövlətin qurumları ilə əlaqəsi olur. Dövlətin bəzi hədəflərə çatmasında iştirak edirlər. Onun Türkiyə daxilində belə proseslərdə rol aldığını inkar edə bilmərik. Zamanında onun belə bir missiyası vardı və bu görünürdü. Səbəb nə olur-olsun, lakin bəzi məxfi danışıqlar, razılaşmaları barədə artıq dərəcədə danışmaq doğru deyil. Və yaxud da dövlət məmuruna xitabən ”boğazına xalta salıb gəzdirəcəyəm" deməsini, hər halda, Sedat Peker obrazına uyğun görmürəm. Sedat Pekeri dövlətçi biri kimi tanımışıq. Onun bu çıxışları xoş deyil".

Partiya sədri deyir ki, Türkiyədə dövlət babadır və dövlət hər zaman haqlıdır: “Yəni o baxımdan mənə elə gəlir ki, Sedat Pekerin videoçıxışları, verdiyi bəyanatlar Türkiyə daxilinə hesablanıb”.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024