Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (24-05-2021, 20:00)
Prezident onu Ağdama xüsusi nümayəndə təyin etdi


Prezident onu Ağdama xüsusi nümayəndə təyin etdi


Prezident İlham Əliyev Ağdam rayonunun işğaldan azad edilmiş hissəsində Azərbaycan Prezidentinin xüsusi nümayəndəsinin təyin edilməsi haqqında sərəncam imzalayıb.

"Mediatv.az" xəbər verir ki, sərəncama əsasən, Emin Zamin oğlu Hüseynov Ağdam şəhəri daxil olmaqla Ağdam rayonunun işğaldan azad edilmiş hissəsində Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi təyin edilib.

Qeyd edək ki, Emin Hüseynov 1974-cü ildə Lənkəranın Boladi kəndində anadan olub.


1996-cı ildə Azərbaycan Dövlət İqtisad İnstitutunun Kommersiya fakültəsini Beynəlxalq İqtisadi Münasibətlər ixtisası üzrə bitirib. 1998-ci ildə ABŞ-ın Florida Ştatı Universitetində İqtisad üzrə magistr dərəcəsini alıb. 2009-cu ildə ABŞ-ın Harvard Kennedi Məktəbində Dövlət idarəçiliyi üzrə magistr dərəcəsini alıb. 2014-cü ildə Azərbaycan Respublikası Prezidentinin yanında Ali Attestasiya Komissiyası tərəfindən İqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülüb.

2016-cı ildən 2018-ci ilə qədər maliyyə nazirinin müavini vəzifəsində çalışıb. O, daha sonra  Birinci vitse-prezidenti Mehriban Əliyevaya köməkçi təyin edilib.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
22 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024