Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (24-05-2021, 18:56)
“Ağzınızı bağlayın! Ölkəni və ordunu döyüşə hazırlayın” – Babayandan müharibə ANONSU

“Ağzınızı bağlayın! Ölkəni və ordunu döyüşə hazırlayın”
“Problemi həll edə bilmirsinizsə ağzınızı bağlayın, ordunu və ölkəni möhkəmləndirin”.

"Mediatv.az" erməni mətbuatına istinadən xəbər verir ki, bu fikirləri qondarma rejimin Təhlükəsizlik Şurasının sabiq katibi Samvel Babayan jurnalistlərə açıqlamasında səsləndirib. O Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanın “Ermənistan Azərbaycana deyil, seçilmiş yola məğlub oldu“ açıqlamasını şərh edib: “Silah əldə edilsəydi, ordu hazırlansaydı bütün bunlar olmazdı. Heç bir şey edilmədi və məğlub oldular. 1992-ci ildə bütün insanlar, o cümlədən də müxalifət sənin Şaumyan (Goranboy ərazisində inzibati rayon) və Mardakert (Ağdərə) rayonlarını təhvil verməyə razı olduğun haqda danışırdılar. Buna inanmaq lazım idi? Axı niyə? Döyüşə bilmədiyimiz üçün, hazır deyildik deyə?. Amma vəziyyət dəyişən kimi irəlilədik, hamı reallığı unudaraq qalib gələn prezident haqda danışmağa başladı. Eyni hal indi də baş verir. Türklərin (red. Azərbaycan nəzərdə tutulur) irəliləməsindən 10 gündən çoxdur vaxt keçib və hamı bu barədə danışır. Cavab isə yoxdur. Ancaq mənə cavab verdilər: “Eybi yox, biz hər şeyi avtomatlarla saxlayacağıq” – deyə Babayan vurğulayıb.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
22 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024