Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (24-05-2021, 13:42)
Rusiya niyə “Türk Şurası”na qoşulmaq istəyir? – Lavrovun açıqlamasının gizlinləri

Rusiya niyə “Türk Şurası”na qoşulmaq istəyir?
Rusiya mətbuatının iddiasına görə, bu ölkənin xarici işlər naziri Sergey Lavrov bildirib ki, Rusiya türkdilli ölkələrlə daha sıx əməkdaşlıq etmək istəyir.

"Rusiya "Türk Şurası"na qoşulmağa hazırdır. Başa düşürük, bu birlik türkdilli ölkələr üçün yaradılıb amma bizim də içimizdə tatar, altay, çuvaş, başqır, yakut kimi türk xalqları var. Razılıq olsa qatılmağımızda bir problem olmamalıdır" – deyə, Lavrov bildirib.

Maraqlıdır, Kremlin "Türk Şurası”na qoşulmaq niyyətinin arxasında hansı məqsədlər dayanır?

Məsələ ilə bağlı Sfera.az-a danışan politoloq Əlimusa İbrahimovun fikrincə, Rusiyanın bu təşəbbüsdə məqsədi gələcəkdə türk dünyasını öz nəzarəti altına almaq və bu fonda da onlardan öz maraqları naminə istəfadə etməkdən ibarətdir:

"Rusiyada çoxsaylı türk xalqları yaşayır. Digər tərəfdən, Rusiya hələ uzun müddət türk toplumunun diqtəsi altında olacağını təxmin edir. Türk toplumu şimal ölkəsi üçün böyük əhəmiyyət kəsb edir. Rusiya bununla özünə yaranacaq təhlükəni nəzərdə saxlamağa və indidən adekvat tədbirlər görməyə çalışır. Kremldə ölkə daxilindəki türk topluluqları və Türkiyənin gələcəkdə Rusiyanın bütövlüyü və əzəməti üçün ciddi təhlükə olduğunu düşünürlər”.

Amma həmsöhbətimiz türk dövlətlərinin Rusiyanın "Türk Şurası”nda olmasına razılıq verəcəyinə inanmır: "Ən azından müasir dövrdə bu mümkün deyil. İstənilən halda qərarı quruma üzv türkdilli dövlətlər verəcək. Amma Rusiyanın qurumda təmsilçiliyi ümümtürk birliyinə fayda verəcəksə təbii ki, Moskvanın bu istəyi reallaşa bilər. Amma buna qədər Türkiyə və türk birliyi ciddi şəkildə güclənməlidir ki, Rusiyanın iddiaları qarısında davam gətirə bilsin. İndiki halda isə yetərincə möhkəmlənməyən bir quruma Moskvanın qoşulması türk birliyi üçün mənfi təsir göstərə bilər”.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
22 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024